“Motorola” şirkətinin keçmiş mühəndisi Martin Kuper 50 il bundan öncə 3 aprel tarixində dünyanın ilk mobil telefon danışığını reallaşdırıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, 3 aprel 1973-cü il tarixində Martin Kuper mobil telefon vasitəsilə öz əsas rəqibi Coel Engelə zəng edib.
“Salam Coel! Tap görüm mən sənə necə zəng etmişəm? Mən sənə əsl mobil telefon vasitəsilə zəng etmişəm” - deyə Kuper ilk mobil telefon danışı zamanı bildirib.
Həmin vaxtda isə Coel Engel də mobil şəbəkə üçün nəzərdə tutulmuş cihazın hazırlanması ilə məşğul olub.
Qeyd edək ki, bu tarixi hadisədən yalnız uzun illər sonra mobil şəbəkə adi insanlar arasında yayılmağa başlayıb.
Bizim.Media