Ukrayna prezidentinin müşaviri Mixail Podolyak rusiyalı hərbi müxbir Vladlen Tatarskinin qətlində Ukraynanın əli olmadığını bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, özünün “Twitter“ səhifəsində yazıb.
Xatırladaq ki, Sankt-Peterburqda kafedə müharibə müxbiri Vladlen Tatarskinin yaradıcılıq gecəsi zamanı partlayış baş verib. Hadisə nəticəsində jurnalistin özü ölüb, daha 25 nəfər yaralanıb.
Bizim.Media