Rus ordusu Donetsk vilayətinin Konstantinovka şəhərinə səhər saatlarında raket zərbələri endirib. Nəticədə 6 nəfər ölüb, 8 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak danışıb.
Bundan başqa, 16 hündürmərtəbəli və səkkiz fərdi yaşayış evinə, bir məktəbəqədər uşaq müəssisəsinə və üç avtomobilə ziyan dəyib.
Yermakın sözlərinə görə, Konstantinovka iki S-300 raketi və Uraqan MLRS-nin dörd yaylım atəşi ilə vurulub.
Bizim.Media