Tehranın Bakıdakı hazırkı səfiri Seyid Abbas Musəvidən o qədər də razı olmayan İranın Azərbaycandakı gələcək səfiri Müctəba Dəmirçilu olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Mouze” Telegram kanalında yer alıb.
M.Dəmirçilu Qazaxıstan (2014-2018) və Gürcüstanda (2006-2010) diplomatik missiyanın rəhbəri, İranın Azərbaycandakı səfirliyinin ikinci katibi vəzifəsində fəaliyyət göstərib. Hazırda XİN-də İdarə rəisi postundadır.
Bizim.Media