İranın Qum şəhərində zəhərlənən məktəbli qızlardan biri Fatimə Rzayi dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Qum şəhər prokuroru ailə üzvlərini xəbərin yayılmaması üçün hədələyib və buna görə ailə susub. Məlumatı qızın dostları xəbər verib.
Fatimənin gizli dəfn edildiyi bildirilir.
Bizim.Media