İtaliyada torpaq sürüşməsi 13 nəfərin itkin düşməsinə səbəb olub.
Bizim.Media xəbər verir ki, hadisə İskiya adasında qeydə alınıb. Belə ki, aramsız yağıntılar nəticəsində torpaq sürüşməsi baş verib.
Sürüşmə hadisəsi səhər saatlarında müşahidə olunub, nəticə itkin düşmüş 13 nəfərdən hələ də xəbər yoxdur.
İtkinlər arasında bir ailə, o cümlədən yeni doğulan körpə də var.
Qeyd edək ki, İtaliyanın mərkəzi və cənub bölgələrində şiddətli yağıntılarla əlaqədar "narıncı" təhlükə səviyyəsi elan edilib.
Bizim.Media