Noyabrın 21-də İndoneziyanın Yava adasında baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hökumət orqanları məlumat açıqlayıb.
Xəsarət alanların sayı isə min nəfəri ötüb. 24 nəfər indiyədək itkin düşmüş hesab olunur.
Yaşayış yerini tərk etmiş 7 mindən çox şəxs hələ də evlərinə qayıda bilməyib.
Bizim.Media