Ötən gün Təbrizdə divarlara Azərbaycan və fars dillərində hökumət əleyhinə və milli məzmunlu şüarlar yazılıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat “Azad İran” teleqram kanalında məlumat verilib.
Məlumatda qeyd olunur ki, milli fəallar mərkəzi məhəllələrin divarlarına "Bizim qiyamımız Güney Azərbaycanın müstəqilliyi üçündür", "Aylar Həqqi", "Bu qan yerdə qalmayacaq", "Azadlıq, Ədalət, Milli Hökumət" və başqa bu kimi şüarlar yazıblar.
Bizim.Media
