Tanzaniya və Konqo Demokratik Respublikasında yeni virusa rast gəlinib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu yarasalardan keçən Kişira virusudur. Həddən artıq təhlükəli hesab olunan virus hər 3 nəfərdən birini öldürür.
Onun hantavirus ailəsindən olduğunu izah edən elm adamları bu növ virusun ölümcül ola biləcəyini açıqlayıblar.
Qeyd edək ki, 2019-cu ildə Çində ortaya çıxan və bütün dünyaya yayılan koronavirusun mənşəyi hələ də sirr olaraq qalsa da, elm adamları onun yarasalardan yayıldığını açıqlayıb.
Bizim.Media