Hazırda Emmanuel Makron Fransanın siyasi arenasında ən çox danışılan adamdır.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb isə Fransa prezidentinin 2017-ci ildəki seçki kampaniyası ilə bağlı araşdırma başlanmasıdır. Fransanın nüfuzlu “Le Parisien” qəzetinin yazdığına görə, hazırda Makronun başı üzərində “qara buludlar dolaşmaq”dadır.
Belə ki, ABŞ-ın “McKinsey” konsaltinq şirkəti Emmanuel Makronun seçki kampaniyasını qeyri-qanuni maliyyələşdirməkdə şübhəli bilinib və bu işlə bağlı araşdırma başlayıb.
Nəşrin məlumatına görə, ilkin olaraq mart ayında Senatın hesabatından sonra başlayan araşdırma özəl konsaltinq şirkətləri tərəfindən çirkli pulların yuyulması və korporativ verginin ödənilməməsi faktları üzrə aparılıb
Şirkətin Fransa ofisi son 10 ildə vergidən yayınmaqda şübhəli bilinir.
Prokurorluq faktlarla əlaqədar araşdırmaya başlayıb.
Bizim.Media