Almaniyanın paytaxtı Berlində İrandakı etirazlara dəstək nümayişinə 80 minə yaxın insan qatılıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Berlin polisi yayıb.
Bildirilib ki, minlərlə iranlı Avropanın digər şəhərlərindən Berlindəki nümayışdə iştirak üçün Almaniyaya gəlib.
Nümayişdə hər hansı insident qeydə alınmayıb.
Bizim.Media