Müəllimlərin attestasiyası ilə bağlı yenilik

Azərbaycanda orta məktəb müəllimlərinin həm attestasiyası, həm də sertifikasiyası yalnız ölkə üzrə bütün müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsi başa çatdıqdan sonra həyata keçirilə bilər.

Moderator.az xəbər verir ki, bunu Trend-ə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib. Diaqnostik qiymətləndirmə bütün ölkə üzrə keçirildikdən sonra bütün müəllimlərin bilik və bacarıqlarının səviyyəsinin məlum olacağını deyən İ.Nağıyev qeyd edib ki, bunun əsasında müəllimlərin zəif və güclü tərəfləri müəyyən ediləcək: "Buna görə də diaqnostik qiymətləndirmə bu işlərin görülməsi üçün ilk mərhələ hesab edilir".

Nazirlik rəsmisi əlavə edib ki, ancaq sertifikasiya və attestasiya diaqnostik qiymətləndirmə formatında olmayacaq: "Diaqnostik qiymətləndirmədə müəllimin ixtisas və metodiki bilikləri nəzərə alınır, amma onun peşəkarlığı ilə bağlı bütün cəhətlər nəzərə alınmır. Çünki diaqnostik qiymətləndirmənin özünün xidmət etdiyi konkret istiqaməti var. Amma attestasiyanın daha geniş formatda olması düşünülür. Attestasiya zamanı ola bilər ki, müəllim yalnız test imtahanı verməsin, o, həm də müsahibə mərhələsindən keçsin. Yaxud müəyyən müəllimlərdən bilik və bacarıqlardan başqa qabiliyyət imtahanı verməsi də tələb olunsun".

Attestasiyanın nə zaman keçiriləcəyinə gəldikdə isə, İ.Nağıyev bildirib ki, ölkənin bütün müəllim kontiginenti 150 min nəfərdən çox olduğuna görə, attestasiyanın bütün ölkə ərazisini əhatə etməsi müəyyən qədər vaxt aparacaq: "Ola bilər ki, attestasiya da diaqnostik qiymətləndirmə kimi tədricən, regionlar üzrə olsun. Attestasiya məsələləri barədə diaqnostik qiymətləndirmə ölkə üzrə başa çatdıqdan sonra danışa bilərik. Artıq diaqnostik qiymətləndirmə Bakıda keçirilib, bu ilin sonuna kimi 12 rayon və şəhər üzrə də keçirləcək. Prosesin hansı müddətə bitəcəyi hökumətin qərarından asılı olacaq".

Müəllimlərin sertifikasiyasının keçirilməsi mexanizminin hələ müəyyənləşdirilmədiyini qeyd edən İ.Nağıyevin sözlərinə görə, attestasiya və sertifikatlaşdırma bir-birindən fərqlənir: "Attestasiya zamanı müəllim attestasiyadan keçir, nəticədə o, ya işini ya saxlayır, ya da itirir. Sertifikasiya prosesində müəllim müəyyən imtahandan keçərək sertifikatını alır və fəaliyyət göstərir. Ümumi baxıldıqda attestasiya və sertifikasiya məfhumları bir-birinə çox bənzəyir. Bu proseslərin mexanizmləri hələ hazır deyil".xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bayraməli Bayramov vəfat etdi

Bayraməli Bayramov vəfat etdi

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

İnsan hansı yaşda ən xoşbəxt olur?

İnsan hansı yaşda ən xoşbəxt olur?

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

Yüzlərlə yük avtomobili sərhəddə qaldı - "7 gündür yollardayıq, addım-addım gedirik" - VİDEO

Yüzlərlə yük avtomobili sərhəddə qaldı - "7 gündür yollardayıq, addım-addım gedirik" - VİDEO

Avarçəkənlərimiz “Prezident Kuboku-2026”nı 9 medalla başa vurdular - FOTOLAR

Avarçəkənlərimiz “Prezident Kuboku-2026”nı 9 medalla başa vurdular - FOTOLAR

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazdı

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazdı

İranla danışıqlar məni QANE ETMİR...

İranla danışıqlar məni QANE ETMİR...

Maksimum nəticə toplayan Gəncə şagirdləri...

Maksimum nəticə toplayan Gəncə şagirdləri...

Aygün Kazımovanın səhhətində PROBLEM YARANDI - FOTO

Aygün Kazımovanın səhhətində PROBLEM YARANDI - FOTO

Tramp: İranla telefon vasitəsilə danışırıq

Tramp: İranla telefon vasitəsilə danışırıq

End of content

No more pages to load

RADİO