Hərbçilərin maaşının azaldılması ilə bağlı açıqlama - RƏSMİ

Maliyyə Nazirliyi bəzi mətbuat orqanlarda və sosial şəbəkələrdə hərbi qulluqçuların əməkhaqqının azaldılmasına dair dərc olunanlarla münasibət bildirib.

Bizim.Media xəbər verir ki, Qurumdan verilən açıqlamada deyilir ki, hərbi qulluqçuların pul və maddi təminatı "Hərbi qulluqçuların statusu haqqında” qanun əsasında həyata keçirillir. Həmin qanunun 10.2-ci maddəsinə uyğun olaraq, "döyüş şəraitində, döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır”.

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu və digər silahlı birləşmələr tərəfindən 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsində Ermənistan üzərində qazanılan parlaq qələbə ilə işğalçı ölkə kapitulyasiya aktına imza atmağa və 30 ilə yaxın işğal altında saxladığı əzəli Azərbaycan torpaqlarını tərk etməyə məcbur edildi.

Vətən müharibəsi başlanan dövrdə elan edilən qismən səfərbərliklə Azərbaycan ordusunun şəxsi heyəti ehtiyyatda olan zabit və gizirlər, habelə əsgərlər hesabına artırılıb. Ermənistan üzərində zəfər qazandıqdan sonra orduya cəlb edilən hərbiçilərin bir hissəsi artıq təxris edilib, bununla əlaqədar hazırda Müdafiə Nazirliyinin hərbi qulluqçularının sayının, o cümlədən "Hərbi qulluqçuların statusu haqqında” qanunun yuxarıda qeyd olunan maddəsinə uyğun olaraq ikiqat pul təminatı ilə əhatə olunan hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi zərurəti yaranıb.

Vətən müharibəsindən əvvəl Müdafiə Nazirliyi ikiqat pul təminatını təmas xəttində xidmət keçən hərbi qulluqçulara ödəyirdi. Vətən müharibəsi zamanı isə Qarabağ ərazisində, döyüş şəraitində olan, habelə bütün digər döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara ikiqat pul təminatı ödənilib.

Hal-hazırda, Ermənistanın kapitulyasiyasından sonra təmas xəttinin uzunluğu, coğrafiyası və digər məsələlərin kardinal şəkildə dəyişməsi səbəbindən Müdafiə Nazirliyinin Maliyyə Nazirliyi ilə birlikdə ikiqat pul təminatı ilə əhatə olunacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi həyata keçirilir. Bununla əlaqədar Maliyyə Nazirliyi Müdafiə Nazirliyinə müvafiq sorğular edib. Aparılan dəqiqləşdirmələr nəticəsində ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayı müəyyənləşdirilərək qanunvericiliyə uyğun olaraq müvafiq maliyyələşmə ilə təmin olunacaq.

Eyni zamanda, işğal altında olan ərazilərin azad olunması nəticəsində Dövlət Sərhəd Xidməti Azərbaycanın İran və Ermənistanla dövlət sərhədlərinin qorunması ilə bağlı yeni vəzifələr həyata keçirməyə başlayıb. Hal-hazırda bu qurumla da Müdafiə Nazirliyində olduğu kimi ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayının dəqiqləşdrilməsi həyata keçirilir.

Bununla yanaşı qeyd olunmalıdır ki, ikiqat əməkhaqqının hesablanması istinad olunan qanuna əsasən döyüş şəraiti, döyüş əməliyyatlarında iştiraka görə həyata keçirilir və hərbi qulluqçunun xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazinin iqlim şəraiti, yüksəkliyi və digər məqamları nəzərə almır.

Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nomrəli qərarına əsasən, dəniz səviyyəsindən hündürlükdə yerləşən iş yerlərində çalışan işçilərin əmək haqqına hündürlük 1 200 metrdən 1 500 metrə qədər olduqda 10%, 1 500 metrdən 2 000 metrədək olduqda 20%, 2 000 metrdən yuxarı olduqda isə 30% əlavə ödəniş hesablanır. Həmin əmsallar dağlıq ərazilərdə xidmət göstərən hərbi qulluqçulara da şamil olunur.

Bildiririk ki, rəşadətli Azərbaycan ordusunun hərbi qulluqçularının pul təminatı ölkə qanunvericiliyinə uyğun olaraq həyata keçirilir və maliyyələşmə bundan sonra da müvafiq qanunvericilik əsasında davam etdiriləcək.

Maliyyə Nazirliyi hərbi qulluqçuların pul təminatı məsələsinə hər hansı populist və emosional çalarların qatılmasının qəbuledilməz olduğunu bəyan edir və müxtəlif "ekspertlər” tərəfindən məsələnin mahiyyətinə varmadan tələsik rəylərin verilməsini pisləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

Yüzlərlə yük avtomobili sərhəddə qaldı - "7 gündür yollardayıq, addım-addım gedirik" - VİDEO

Yüzlərlə yük avtomobili sərhəddə qaldı - "7 gündür yollardayıq, addım-addım gedirik" - VİDEO

Avarçəkənlərimiz “Prezident Kuboku-2026”nı 9 medalla başa vurdular - FOTOLAR

Avarçəkənlərimiz “Prezident Kuboku-2026”nı 9 medalla başa vurdular - FOTOLAR

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazdı

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazdı

İranla danışıqlar məni QANE ETMİR...

İranla danışıqlar məni QANE ETMİR...

Maksimum nəticə toplayan Gəncə şagirdləri...

Maksimum nəticə toplayan Gəncə şagirdləri...

Aygün Kazımovanın səhhətində PROBLEM YARANDI - FOTO

Aygün Kazımovanın səhhətində PROBLEM YARANDI - FOTO

Tramp: İranla telefon vasitəsilə danışırıq

Tramp: İranla telefon vasitəsilə danışırıq

Ayın 4-dək bu marşrutların hərəkəti dəyişdirilir - TƏMİRƏ GÖRƏ

Ayın 4-dək bu marşrutların hərəkəti dəyişdirilir - TƏMİRƏ GÖRƏ

Tovuzda sürücü azyaşlını vurdu, sonra maşını aşdı - FOTO-VİDEO

Tovuzda sürücü azyaşlını vurdu, sonra maşını aşdı - FOTO-VİDEO

Maksimum bal toplayan iki şagirdin digər UĞURU: Ölkə rekordu vurublar

Maksimum bal toplayan iki şagirdin digər UĞURU: Ölkə rekordu vurublar

Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda MÜHÜM FAKT

Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda MÜHÜM FAKT

D vitamini qanda spirt yaradır? – Həkim AÇIQLADI

D vitamini qanda spirt yaradır? – Həkim AÇIQLADI

Tramp Avropa İttifaqına: "Rüsumları qaldırdım..."

Tramp Avropa İttifaqına: "Rüsumları qaldırdım..."

Xalq artisti Firəngiz Mütəllimova: Şuşaya köçməyi planlaşdırıram

Xalq artisti Firəngiz Mütəllimova: Şuşaya köçməyi planlaşdırıram

Ağdamda ağır QƏZA: ölən və xəsarət alanların ADLARI məlum olub

Ağdamda ağır QƏZA: ölən və xəsarət alanların ADLARI məlum olub

1 saylı İxtisaslaşdırılmış Poliklinikada Laboratoriya şöbəsi açıldı – FOTO

1 saylı İxtisaslaşdırılmış Poliklinikada Laboratoriya şöbəsi açıldı – FOTO

İran müharibədə dəyən MADDİ ZİYANI açıqladı

İran müharibədə dəyən MADDİ ZİYANI açıqladı

Zerrin Özər aylar sonra ilk dəfə - FOTO

Zerrin Özər aylar sonra ilk dəfə - FOTO

Ağdamda ağır QƏZA: ölən və xəsarət alanlar var

Ağdamda ağır QƏZA: ölən və xəsarət alanlar var

Sibiqa: Ukrayna Rusiyadan ATƏŞKƏS barədə təklif almayıb

Sibiqa: Ukrayna Rusiyadan ATƏŞKƏS barədə təklif almayıb

End of content

No more pages to load

RADİO