Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonunda su kanalında aşkar edilmiş qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, müraciətlə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri əraziyə cəlb olunub və həyata keçirilən tədbirlər nəticəsində 1982-ci il təvəllüdlü Cəfərova Xəyalə Zahir qızının meyiti su kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media