Eldar Namazov Ramiz Mehdiyevlə məhkəmə üzləşməsindən danışdı: "Dediklərimi təsdiq etdi" – FOTO

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin barəsindəki cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda politoloq Eldar Namazov da iştirak edib. O, məhkəmənin binası önündə də görüntülənib. Prezident Aparatının (indiki Administrasiya - red. ) Katibliyinin keçmiş rəhbəri, uzun illər R.Mehdiyevlə birlikdə işləmiş E.Namazov bu prosesə şahid qismində dəvət olunub.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı oxu.az-a danışan Eldar Namazov qeyd edib ki, məhkəmə işində Ramiz Mehdiyevin son illərdə çevrilişinə cəhd və onun əvvəlki illərdə fəaliyyəti ilə bağlı fikirlərini almaq istəyiblər.

E.Namazov vurğulayıb ki, hələ 2020-ci ildə Mehdiyevin fəaliyyəti ilə bağlı "Azərbaycan FETÖ-sunun xronikası və anatomiyası" geniş məqalə yazıb:

"Həmin məqalədə göstərmişdim ki, Ramiz Mehdiyevin yaratdığı şəbəkə Azərbaycan dövlətçiliyi üçün nə qədər böyük təhlükə yaradır. Xəbərdarlıq etmişdim ki, hələ qabaqda bu şəbəkədən bizim üçün böyük təhlükələr olacaq. Daha sonra isə onun etdiyini müvafiq qurumlar üzə çıxardı.

Dediyim kimi, məhkəmə müxtəlif suallar verdi, mən də cavablandırdım. Müəyyən mövzular ətrafında fikirlərimi aldılar. Ramiz Mehdiyev prosesə onlayn qoşulmuşdu. Oturaqlı halda idi. Tam anlaqlı vəziyyətdə idi. Mənim çıxışımdan sonra hakim ondan sualının olub-olmadığını soruşdu. Ramiz Mehdiyev isə "yox" cavabını verdi. Mənim dediklərimi isə təsdiq etdi. Yəni başa düşmək, fikir bildirmək qabiliyyəti var".

Xatırladaq ki, Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə isə AMEA-nın prezidenti olub.

Onun barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. R.Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransaya gedən azərbaycanlıların nəzərinə - XİN-dən XƏBƏRDARLIQ

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - FOTO

Xorvatiya şirkətləri Qarabağ layihələrində iştiraka dəvət olundu - FOTO

Kanslerdən ÇAĞIRIŞ: “Avropanın suverenliyinin gücləndirilməsi prosesi sürətlənməlidir”

İran XİN-dən Azərbaycanda hicab məsələsinə REAKSİYA – VİDEO

Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” sərgisinin açılışında - FOTO

Dobropolye Ukraynanın nəzarətindədir: Budanov Putinin neçə aldadıldığını açıqladı

3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Qonşunu öldürüb həyətində basdıran cütlüyə prokuror cəza istədi

Azərbaycanlı reper azadlığa çıxanda cərimə ödəməyib – YENİ DETALLAR

Dövlət rəsmilərinin yaxınlarını hədəf alan kiberdələduzlarla bağlı XƏBƏRDARLIQ

"Qarabağ" və "Neftçi" CƏRİMƏLƏNDİ – SƏBƏB

"Qarabağ" və "Neftçi" CƏRİMƏLƏNDİ – SƏBƏB

Eldar Namazov Ramiz Mehdiyevlə məhkəmə üzləşməsindən danışdı: "Dediklərimi təsdiq etdi" – FOTO

Eldar Namazov Ramiz Mehdiyevlə məhkəmə üzləşməsindən danışdı: "Dediklərimi təsdiq etdi" – FOTO

Bakıda söküntü zamanı su borusu partladı – VİDEO

Bank məlumatlarını süni intellektlə bölüşənlərə XƏBƏRDARLIQ

Evi obyektə çevirib saxta alkoqollu içkilər hazırladılar – FOTO

Vuçiç: “Üçüncü Dünya Müharibəsi labüddür” – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan bu yol bağlanacaq

Qaxda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirdi

Ukrayna ilə bağlı yeni danışıqların keçiriləcəyi ölkə açıqlandı

Sahibə Qafarova TÜRKPA-nın plenar iclasında çıxış etdi - FOTO

Nəriman Nərimanov Şəkiyə bu faytonla getmişdi... – VİDEO

“AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib - FOTO

Vüsal İbrahimovun ölüm səbəbi bəlli olub

End of content

No more pages to load

RADİO