“AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib - FOTO

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüş zamanı Zakir İbrahimov Cəmiyyətin 10 illik fəaliyyəti ərzində əldə etdiyi nailiyyətlər, ölkənin mineral-xammal potensialının öyrənilməsi və dağ-mədən sənayesinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.

O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.

 

Qeyd edib ki, “Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının, eləcə də sənayenin gələcək inkişafına yönəlmiş strateji yanaşmanın bariz nümunəsidir.

 

Sunniya Durrani-Camal bankın fəaliyyət istiqamətləri və özəl sektorun maliyyələşdirilməsi üzrə strateji hədəfləri barədə məlumat verib. O, AİB-in kritik mineralların hasilatı və emalı sahəsində yeni maliyyələşdirmə mexanizmlərini tətbiq etdiyini bildirərək, dayanıqlı inkişafı, məşğulluğun artırılmasını və regional iqtisadiyyatın gücləndirilməsini dəstəkləyən layihələr üzrə əməkdaşlığa maraq göstərdiklərini qeyd edib.

Müzakirələr zamanı “AzerGold” QSC-nin strateji layihələri, o cümlədən Balakən rayonunda yerləşən Filizçay polimetal yatağı üzrə texniki-iqtisadi əsaslandırma işləri, Şəmkir rayonunda Qərb Sənaye Parkında yaradılması planlaşdırılan, yaşıl enerji prinsiplərinə əsaslanan isti briketlənmiş dəmir (HBI) istehsalı kompleksi, eləcə də Söyüdlü (Zod) qızıl yatağının mövcud vəziyyəti və gələcək istismar planları diqqətə çatdırılıb.
 

Vurğulanıb ki, bu layihələrin həyata keçirilməsi ölkənin sənaye potensialının gücləndirilməsi, regionların iqtisadi inkişafı və yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlətin müəyyən etdiyi strateji prioritetlərə uyğun olaraq, bu istiqamətdə beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi də xüsusi önəm kəsb edir.


Görüşün sonunda tərəflər texniki və maliyyə işçi qrupları səviyyəsində müntəzəm təmasların davam etdirilməsi və konkret layihələr üzrə əməkdaşlıq imkanlarının qiymətləndirilməsi barədə razılığa gəliblər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Evi obyektə çevirib saxta alkoqollu içkilər hazırladılar – FOTO

Evi obyektə çevirib saxta alkoqollu içkilər hazırladılar – FOTO

Vuçiç: “Üçüncü Dünya Müharibəsi labüddür” – VİDEO

Vuçiç: “Üçüncü Dünya Müharibəsi labüddür” – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan bu yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan bu yol bağlanacaq

Qaxda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirdi

Qaxda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirdi

Ukrayna ilə bağlı yeni danışıqların keçiriləcəyi ölkə açıqlandı

Ukrayna ilə bağlı yeni danışıqların keçiriləcəyi ölkə açıqlandı

Sahibə Qafarova TÜRKPA-nın plenar iclasında çıxış etdi - FOTO

Sahibə Qafarova TÜRKPA-nın plenar iclasında çıxış etdi - FOTO

Nəriman Nərimanov Şəkiyə bu faytonla getmişdi... – VİDEO

Nəriman Nərimanov Şəkiyə bu faytonla getmişdi... – VİDEO

“AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib - FOTO

“AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib - FOTO

Vüsal İbrahimovun ölüm səbəbi bəlli olub

Vüsal İbrahimovun ölüm səbəbi bəlli olub

Tikintisi davam edən Ağdam “İmarət” stadionu nə vaxt istifadəyə VERİLƏCƏK? – Rəsmi AÇIQLAMA

Tikintisi davam edən Ağdam “İmarət” stadionu nə vaxt istifadəyə VERİLƏCƏK? – Rəsmi AÇIQLAMA

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

“Borussiya”nın rəsmi hesabı “Sabah”ın futbolçusunun müsahibəsini paylaşdı – VİDEO

“Borussiya”nın rəsmi hesabı “Sabah”ın futbolçusunun müsahibəsini paylaşdı – VİDEO

She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı

She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı

Azərbaycanlı boksçu 2 illik diskvalifikasiya olundu

Azərbaycanlı boksçu 2 illik diskvalifikasiya olundu

"Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"

"Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"

Hikmət Hacıyev İsveç səfiri ilə görüşdü – FOTO

Hikmət Hacıyev İsveç səfiri ilə görüşdü – FOTO

Prezident BMT ilə bağlı memorandumu təsdiqlədi

Prezident BMT ilə bağlı memorandumu təsdiqlədi

Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Qarabağ Milli Parkı yaradılır – SƏRƏNCAM

Qarabağ Milli Parkı yaradılır – SƏRƏNCAM

“Sabah”la oyundan əvvəl hoteldə futbol-tennis oynadılar – FOTO-VİDEO

“Sabah”la oyundan əvvəl hoteldə futbol-tennis oynadılar – FOTO-VİDEO

Azərbaycanda bu iki fəsil artıq gec başlayacaq? – Hava dəyişir

Azərbaycanda bu iki fəsil artıq gec başlayacaq? – Hava dəyişir

Milli irsi pula çevirən naşirlər - Xalqın yaratdığını satarkən diqqətli olun!

Milli irsi pula çevirən naşirlər - Xalqın yaratdığını satarkən diqqətli olun!

Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisinə HÖKM OXUNDU

Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisinə HÖKM OXUNDU

Paytaxtda qış hazırlıqları - Eldar Əzizov hansı tapşırıqları verdi?

Paytaxtda qış hazırlıqları - Eldar Əzizov hansı tapşırıqları verdi?

End of content

No more pages to load

RADİO