Donetsk vilayətinin Dobropolye şəhəri Rusiya tərəfindən tutulmayıb və Ukraynanın tam nəzarətindədir.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident Ofisinin rəhbəri Kirill Budanov bildirib.
Budanov qeyd edib ki, hazırda davamlı sülh naminə mürəkkəb danışıqlar aparılır və real vəziyyəti təhrif etmək olmaz.
Onun sözlərinə görə, Rusiyanın "Mərkəz" qoşun qruplaşmasının komandanı, general-polkovnik Andrey İvanayev artıq şəhərin tutulması barədə yuxarı orqanlara hesabat verdiyi üçün Rusiya prezidentini şüurlu şəkildə dezinformasiya edir və tabeliyində olanlara reallıqdan uzaq tapşırıqlar verir.
Prezident Ofisinin rəhbəri vurğulayıb ki, Rusiyanın yalan bəyanatı real vəziyyəti dəyişdirə bilməz.
Bizim.Media