Oktyabrın 20-də Qax rayonu Əmran Cabbaroğlu adına Zəyəm kənd tam orta ümumtəhsil məktəbində IX sinifdə təhsil alan 2 şagird arasında tənəffüs zamanı baş vermiş mübahisə nəticəsində məktəblilərdən biri digərinə xəsarət yetirib.
Bizim.Media xəbər verir ki, bu barədə APA-ya Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd olunub ki, hadisə ilə bağlı dərhal təcili tibbi yardım xidmətinə, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib:
"Təcili yardım xidmətinin əməkdaşları tərəfindən xəsarət almış şagirdə məktəbdə ilkin tibbi yardım göstərilib, daha sonra o, müvafiq tibb müəssisəsinə yönləndirilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb. Şagirdin sağlamlıq vəziyyəti məktəb və regional təhsil idarəsi tərəfindən izlənilir".
Xatırladaq ki, öncə kənd sakini 2012-ci il təvəllüdlü İ.Mustafazadənin təhsil aldığı Zəyəm kənd tam orta məktəbində yıxılaraq xəsarət aldığı deyilirdi.
9-cü sinif şagirdi olan Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. Ona ilkin tibbi yardım göstərildikdən sonra kompyuter tomoqrafiya müayinəsi olunmaq üçün Zaqataladakı özəl tibb müəssəsinə göndərilib.
Yeniyetməyə beyin silkələnməsi diaqnozu qoyulub, müalicəsi Qax RMX-da davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media