Bank məlumatlarını süni intellektlə bölüşənlərə XƏBƏRDARLIQ

ABŞ-da sorğuda iştirak edən 18-64 yaşlı şəxslərin 46%-i büdcə planlaşdırılması, investisiya və maliyyə idarəçiliyində süni intellekt əsaslı vasitələrdən istifadə etməyə açıq olduğunu bildirib. Gənclər arasında bu yanaşmaya maraq daha yüksəkdir.

“Statista”nın 2026-cı ilin oktyabrında dərc etdiyi araşdırmaya əsasən, ABŞ-da kişilər qadınlarla müqayisədə maliyyə planlaşdırılmasını süni intellektə həvalə etməyə daha çox meyillidir. Sorğuda iştirak edən kişilərin 51%-i belə vasitələrdən istifadə etməyə hazır olduğunu bildirib. Qadınlarda isə bu göstərici 41% təşkil edib.

Yaş qrupları üzrə fərq daha böyükdür.

Z nəslinin və millennialların yarıdan çoxu maliyyə planlaşdırılması və investisiya qərarlarında süni intellektdən istifadə etməyə müsbət yanaşır. X nəslində bu göstərici 35%, “Baby Boomer” nəslində isə cəmi 21% olub.

Qadınlar arasında da gənclərin marağı daha yüksəkdir. ABŞ-da millennial qadınların 47%-i, Z nəslinə daxil olan qadınların isə 52%-i maliyyə planlaşdırılmasında süni intellekt vasitələrindən istifadə edə biləcəyini bildirib. X nəslindən olan kişilərdə göstərici 42%, “Baby Boomer” nəslindən olan kişilərdə isə 25% təşkil edib.

Araşdırmaya görə, süni intellekt vasitəsilə maliyyə planlaşdırılmasına maraq Böyük Britaniyada da ABŞ-dakı səviyyəyə yaxındır. Almaniyada isə bu göstərici daha aşağıdır. Sorğuda iştirak edən almanların yalnız üçdə biri investisiya və maliyyə planlaşdırılmasında süni intellektdən istifadə etməyə maraq göstərib.

Bununla yanaşı, ABŞ, Böyük Britaniya və Almaniyada süni intellektlə maliyyə planlaşdırılmasına maraq 2025-ci ildə keçirilən əvvəlki sorğu ilə müqayisədə artmayıb.

Bu isə texnologiyanın sürətlə yayılmasına baxmayaraq, maliyyə qərarlarının süni intellektə həvalə edilməsinə münasibətin dəyişməz qaldığını göstərir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova deyir ki, son zamanlar insanlar təkcə maliyyə planlaşdırılmasında yox, bütün məsələlərdə süni intelektə müraciət edirlər:

“Hədiyə alan, görüşə nə geyinmək istəyən, xəst olan, ərindən narazı, arvadından bezən hər kəs süni intellektdən məsləhət alır. Bu gün süni intellekt bir çox insanların sirdaşı olub. İnsanlar həkimə, psixoloqa, ən yaxınına demədiyi məsələni süni intelektə deyir, ondan məsləhət alır. Bu isə olduqca təhlükəli tendensiyadır. Axı, süni intelekt hansısa peşənin bilicisi, daşıyıcısı deyil, sadəcə cansız informasiya resursudur.

Süni intelekt onda toplanan informasiyalar hesabına hansısa suala cavab verir. Amma süni intelekt nə həkimdir, nə psixoloqdur, nə də ki, hüquqşünas... Bəli süni intelllekt vasitəsi ilə hansısa məlumat əldə etmək olar. Amma süni intelektin söylədiyi ehtimallar üzərində iş, ailə qurmaq, müalicə kursu keçmək olmaz.

Bir hadisənin şahidi oldum: valideyn məktəbli övladına deyir ki, “cavabı bilmirsənsə, süni intellektə yaz, sənin üçün cavabları hazırlasın”. Bu qədər də olmaz axı... Boşanmaq istəyən süni intelektdən məsləhət alır. Evlənmək istəyən süni intellektə qulaq kəsilir. Bu savadsızlığın, bəlkə də cahilliyin nümunəsidir”.

Müsahibimiz süni intellektlə bağlı bir vacib məqama da toxunub:

“Bəzi insanlar süni intellektdən daha ətraflı informasiya almaq üçün özləri haqqında bütün məlumatları söyləyir. Hətta şəxsiyyət vəsiqəsinin, bank kartının surətini süni intellektə yükləyənlər var. Bu isə olduqca çox təhlükəlidir. Süni intellekt bazasında haqqınızda toplanan məlumatlar sabah sizin faciənizə çevrilə bilər. Adınızdan müxtəlif maliyyə əməliyyatları keçirilə bilər. Müxtəlif qorxulu işlərdə siz kiminsə alətinə çevrilə bilərsiniz. Ona görə də süni intelektə özünüz haqqında məlumat yükləməyin və ona çox da inanmayın. Sonra hər şey çox gec ola bilər”.

Surxay Atakişiyev, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dobropolye Ukraynanın nəzarətindədir: Budanov Putinin neçə aldadıldığını açıqladı

Dobropolye Ukraynanın nəzarətindədir: Budanov Putinin neçə aldadıldığını açıqladı

3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Qonşunu öldürüb həyətində basdıran cütlüyə prokuror cəza istədi

Qonşunu öldürüb həyətində basdıran cütlüyə prokuror cəza istədi

Azərbaycanlı reper azadlığa çıxanda cərimə ödəməyib – YENİ DETALLAR

Azərbaycanlı reper azadlığa çıxanda cərimə ödəməyib – YENİ DETALLAR

Dövlət rəsmilərinin yaxınlarını hədəf alan kiberdələduzlarla bağlı XƏBƏRDARLIQ

Dövlət rəsmilərinin yaxınlarını hədəf alan kiberdələduzlarla bağlı XƏBƏRDARLIQ

"Qarabağ" və "Neftçi" CƏRİMƏLƏNDİ – SƏBƏB

"Qarabağ" və "Neftçi" CƏRİMƏLƏNDİ – SƏBƏB

Eldar Namazov Ramiz Mehdiyevlə məhkəmə üzləşməsindən danışdı: "Dediklərimi təsdiq etdi" – FOTO

Eldar Namazov Ramiz Mehdiyevlə məhkəmə üzləşməsindən danışdı: "Dediklərimi təsdiq etdi" – FOTO

Bakıda söküntü zamanı su borusu partladı – VİDEO

Bakıda söküntü zamanı su borusu partladı – VİDEO

Bank məlumatlarını süni intellektlə bölüşənlərə XƏBƏRDARLIQ

Bank məlumatlarını süni intellektlə bölüşənlərə XƏBƏRDARLIQ

Evi obyektə çevirib saxta alkoqollu içkilər hazırladılar – FOTO

Evi obyektə çevirib saxta alkoqollu içkilər hazırladılar – FOTO

Vuçiç: “Üçüncü Dünya Müharibəsi labüddür” – VİDEO

Vuçiç: “Üçüncü Dünya Müharibəsi labüddür” – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan bu yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan bu yol bağlanacaq

Qaxda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirdi

Qaxda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirdi

Ukrayna ilə bağlı yeni danışıqların keçiriləcəyi ölkə açıqlandı

Ukrayna ilə bağlı yeni danışıqların keçiriləcəyi ölkə açıqlandı

Sahibə Qafarova TÜRKPA-nın plenar iclasında çıxış etdi - FOTO

Sahibə Qafarova TÜRKPA-nın plenar iclasında çıxış etdi - FOTO

Nəriman Nərimanov Şəkiyə bu faytonla getmişdi... – VİDEO

Nəriman Nərimanov Şəkiyə bu faytonla getmişdi... – VİDEO

“AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib - FOTO

“AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib - FOTO

Vüsal İbrahimovun ölüm səbəbi bəlli olub

Vüsal İbrahimovun ölüm səbəbi bəlli olub

Tikintisi davam edən Ağdam “İmarət” stadionu nə vaxt istifadəyə VERİLƏCƏK? – Rəsmi AÇIQLAMA

Tikintisi davam edən Ağdam “İmarət” stadionu nə vaxt istifadəyə VERİLƏCƏK? – Rəsmi AÇIQLAMA

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

“Borussiya”nın rəsmi hesabı “Sabah”ın futbolçusunun müsahibəsini paylaşdı – VİDEO

“Borussiya”nın rəsmi hesabı “Sabah”ın futbolçusunun müsahibəsini paylaşdı – VİDEO

She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı

She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı

Azərbaycanlı boksçu 2 illik diskvalifikasiya olundu

Azərbaycanlı boksçu 2 illik diskvalifikasiya olundu

"Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"

"Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"

End of content

No more pages to load

RADİO