Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” sərgisinin açılışında - FOTO

Oktyabrın 20-də Türkmənistanın paytaxtı Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Qurbanqulu Berdiməhəmmədov adına Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, Türkmənistana akkreditə olunmuş diplomatik korpusun üzvləri və incəsənət nümayəndələri iştirak ediblər.
 

Açılış mərasimində çıxış edən Qurbanqulu Berdiməhəmmədov adına Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva incəsənətin və təbiəti qorumağın xalqlararası münasibətlərdəki mühüm rolunu vurğulayıb.


O, incəsənətin müxtəlif xalqları mədəniyyət baxımından yaxınlaşdırdığını, insanların qəlbində gözəlliyə sevgi oyatdığını və ümumi humanitar dəyərlər ətrafında birləşməyə kömək etdiyini bildirib.

“Bugünkü sərginin əsas mövzusu təbiətdir. İnsanla təbiət arasındakı harmoniya sabit inkişafın ayrılmaz şərtidir. Təbiətə qayğı ilə yanaşmaq, onun gözəlliyini və zənginliyini gələcək nəsillərə çatdırmaq hər bir insanın, eləcə də bütün cəmiyyətin mühüm vəzifəsidir”, - deyə O.Atabayeva diqqətə çatdırıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgidə nümayiş olunan əsərlər və iki ölkənin ortaq ekoloji məsələləri barədə fikirlərini bölüşüb.

O, sərgidə 35 ölkədən 62 rəssamın 116 əsərinin nümayiş olunduğunu, həmçinin burada türkmən rəssamların əsərlərinin də yer aldığını qeyd edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti təqdim olunan hər bir əsərin təbiətimizin gözəlliyini, gücünü və kövrəkliyini özünəməxsus şəkildə üzə çıxararaq onu qorumağın nə qədər vacib olduğunu bir daha xatırladığını bildirib.

Ekspozisiyanın ziyarətçilərdə zəngin emosiyalar yaradacağını və onlara ilham bəxş edəcəyini qeyd edən Leyla Əliyeva deyib:
 

“Azərbaycan ilə Türkmənistanı təkcə qədim tarix və mədəniyyət deyil, həm də ümumi təbii irsimiz olan Xəzər dənizi birləşdirir. Təəssüf ki, son 10 il ərzində Xəzər dənizində suyun səviyyəsi xeyli aşağı düşüb. Nəticədə Xəzər suitisi və nərəkimilər kimi nadir heyvanlar nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalıb”.


IDEA-nın fəaliyyətinə də toxunan Leyla Əliyeva qurumun istər Azərbaycanda, istərsə də bütün dünyada bu cür problemlərin həllinə yönəlmiş çoxsaylı layihələr həyata keçirdiyini diqqətə çatdırıb.

Sonra qonaqlar sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.

Eksponatlar sırasında Türkmənistanın dekorativ-tətbiqi sənət nümunələri də yer alıb. Burada milli musiqi alətləri, xalçalar, milli baş geyimləri, qədim zinət əşyaları, həmçinin türkmən xalqının maddi-mədəni irsini əks etdirən nümunələr sərgilənir.

Qeyd edək ki, MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi Azərbaycan da daxil olmaqla, bir çox ölkədən sənətkarları bir araya gətirərək incəsənət vasitəsilə planetimizi gələcək nəsillər üçün qorumağa çağırır. Burada fərqli instalyasiya, rəsm, toxuculuq və multimedia nümunələri vasitəsilə müasir dövrün ekoloji və sosial problemləri ilə səsləşən hekayələr təqdim edilir.




























































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elvin həkim nəzarətində məşqə çıxdı - FOTO

Elvin həkim nəzarətində məşqə çıxdı - FOTO

Sabah iki rayonda QAZ OLMAYACAQ

Sabah iki rayonda QAZ OLMAYACAQ

Polşa və Litva Rusiyanı regionun təhlükəsizliyinə təhdid adlandırdı - “Təzyiq artırılmalıdır”

Polşa və Litva Rusiyanı regionun təhlükəsizliyinə təhdid adlandırdı - “Təzyiq artırılmalıdır”

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotikə görə TUTULDU

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotikə görə TUTULDU

Kiyevdə nəqliyyat iflic oldu: Metro dayandırıldı - VİDEO

Kiyevdə nəqliyyat iflic oldu: Metro dayandırıldı - VİDEO

Britaniya Səudiyyə Ərəbistanına qırıcı təyyarələr göndərəcək

Britaniya Səudiyyə Ərəbistanına qırıcı təyyarələr göndərəcək

Tehrandan diplomatik yanaşma, Ankaradan ultimatum – Vahid məktəbli formasına İKİLİ YANAŞMA

Tehrandan diplomatik yanaşma, Ankaradan ultimatum – Vahid məktəbli formasına İKİLİ YANAŞMA

“Real” İngiltərə klublarından 80 milyon avro TƏLƏB EDİR

“Real” İngiltərə klublarından 80 milyon avro TƏLƏB EDİR

Prokuror sayt rəhbərinə 12 il iş İSTƏDİ

Prokuror sayt rəhbərinə 12 il iş İSTƏDİ

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi AÇIQLANDI

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi AÇIQLANDI

Zelenski və ABŞ nümayəndə heyəti arasında görüş başlayıb - VİDEO

Zelenski və ABŞ nümayəndə heyəti arasında görüş başlayıb - VİDEO

Fransaya gedən azərbaycanlıların nəzərinə - XİN-dən XƏBƏRDARLIQ

Fransaya gedən azərbaycanlıların nəzərinə - XİN-dən XƏBƏRDARLIQ

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - FOTO

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - FOTO

Xorvatiya şirkətləri Qarabağ layihələrində iştiraka dəvət olundu - FOTO

Xorvatiya şirkətləri Qarabağ layihələrində iştiraka dəvət olundu - FOTO

Kanslerdən ÇAĞIRIŞ: “Avropanın suverenliyinin gücləndirilməsi prosesi sürətlənməlidir”

Kanslerdən ÇAĞIRIŞ: “Avropanın suverenliyinin gücləndirilməsi prosesi sürətlənməlidir”

İran XİN-dən Azərbaycanda hicab məsələsinə REAKSİYA – VİDEO

İran XİN-dən Azərbaycanda hicab məsələsinə REAKSİYA – VİDEO

Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” sərgisinin açılışında - FOTO

Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” sərgisinin açılışında - FOTO

Dobropolye Ukraynanın nəzarətindədir: Budanov Putinin neçə aldadıldığını açıqladı

Dobropolye Ukraynanın nəzarətindədir: Budanov Putinin neçə aldadıldığını açıqladı

3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Qonşunu öldürüb həyətində basdıran cütlüyə prokuror cəza istədi

Qonşunu öldürüb həyətində basdıran cütlüyə prokuror cəza istədi

Azərbaycanlı reper azadlığa çıxanda cərimə ödəməyib – YENİ DETALLAR

Azərbaycanlı reper azadlığa çıxanda cərimə ödəməyib – YENİ DETALLAR

Dövlət rəsmilərinin yaxınlarını hədəf alan kiberdələduzlarla bağlı XƏBƏRDARLIQ

Dövlət rəsmilərinin yaxınlarını hədəf alan kiberdələduzlarla bağlı XƏBƏRDARLIQ

"Qarabağ" və "Neftçi" CƏRİMƏLƏNDİ – SƏBƏB

"Qarabağ" və "Neftçi" CƏRİMƏLƏNDİ – SƏBƏB

Eldar Namazov Ramiz Mehdiyevlə məhkəmə üzləşməsindən danışdı: "Dediklərimi təsdiq etdi" – FOTO

Eldar Namazov Ramiz Mehdiyevlə məhkəmə üzləşməsindən danışdı: "Dediklərimi təsdiq etdi" – FOTO

End of content

No more pages to load

RADİO