Ukrayna Silahlı Qüvvələri Rusiyada “Sberbankın"ın Saratov vilayətindəki data mərkəzinə hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Sberbank"ın İdarə Heyəti sədrinin birinci müavini Aleksandr Vedyaxin bildirib.
O qeyd edib ki, Saratov vilayətinin Balakovo şəhərində yerləşən məlumat mərkəzinə gecə saatlarında dronlarla hücum edilib.
Onun sözlərinə görə, bütün xidmətlər normal rejimdə fəaliyyətini davam etdirir.


Bizim.Media