Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev 2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Prezidentin təqaüdünü alacaq gənclər arasında həmkarımız AzərTac-ın şimal müxbiri və ARB Günəş- televiziyasının informasiya və SMM departamentinin direktoru Elxan Yusiflinin oğlu Ayxan Yusifli də var.
Ayxan Yusifli bu il 682,5 balla Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi ixtisasına qəbul olub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.