Yerli istehsal niyə sərfəli deyil? — Natiq Cəfərli

Azərbaycanın Rusiyadan souslar, dad əlavələri və qarışıq ədviyyatlar idxalına milyonlarla dollar xərcləməsi diqqət çəkir. Bu məhsulların bir hissəsinin ölkə daxilində istehsal imkanlarının olması isə idxaldan asılılıq məsələsini gündəmə gətirir.

Bəs belə məhsulların idxalının artmasının əsas səbəbləri nələrdir və Azərbaycanda onların yerli istehsalını genişləndirmək üçün hansı addımlar atılmalıdır?

Bizim.Media xəbər verir ki, bu barədə “demokrat.az”a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, dünyada da ölkələrin öz istehsal imkanları olduğu halda müəyyən məhsulları digər ölkələrdən idxal etməsinin səbəbləri tez-tez müzakirə olunur.

Onun sözlərinə görə, ölkənin həmin məhsulu istehsal etmək imkanının olması hələ o demək deyil ki, həmin məhsul daxildə mütləq daha ucuz başa gələcək:

"Burada diqqət çəkən iki önəmli məsələ var. Birincisi, Rusiyadan gətirilən məhsullar daha ucuzdursa, onlar yerli istehsalla rəqabət apararaq bazara daxil olacaqlar. İstehlakçı da təbii olaraq daha ucuz və keyfiyyətli məhsula üstünlük verəcək. Bu baxımdan, yalnız idxalın qarşısını almaqla problemi həll etmək mümkün deyil. Əsas məsələ yerli istehsalçının rəqabət qabiliyyətini artırmaqdır.

İkinci sual isə yaranır ki, həmin məhsullar niyə yerli istehsaldan daha ucuzdur? Yəni yerli istehsal niyə sərfəli deyil, niyə bahadır?

Bunun elektrik enerjisinin və yaxud kommunal xidmətlərin baha olması, vergi sistemi, əməkhaqqı xərcləri, logistika və digər istehsal xərcləri ilə bağlı olub-olmadığı araşdırılmalıdır.

Eyni zamanda, sahibkarın xammalı hansı qiymətə əldə etməsi, məhsulun bazara çatdırılmasına çəkilən xərc və digər amillər də nəzərə alınmalıdır.

Bu məsələlər araşdırıldıqda və problemin kökü müəyyən edildikdə, bu tipli problemləri həll etmək mümkün olur. Əgər Rusiyadan gələn məhsul yerli istehsaldan daha ucuz başa gəlirsə, həmin məhsul bazara daxil olacaq və onun qarşısını almaq çətin olacaq. Burada əsas məqsəd idxalı inzibati yollarla məhdudlaşdırmaq deyil, yerli istehsalı daha rəqabətqabiliyyətli vəziyyətə gətirmək olmalıdır.

Ona görə də biz yerli istehsalın maya dəyərinin aşağı salınması haqqında düşünməli və bu istiqamətdə addımlar atmalıyıq. Əgər yerli istehsalçı daha aşağı xərclə məhsul istehsal edə bilsə, həm daxili bazarda idxal məhsulları ilə daha yaxşı rəqabət apara, həm də gələcəkdə xarici bazarlara çıxış imkanlarını genişləndirə bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı

Türkiyə və İsrail arasında 9,5 milyardlıq TİCARƏT DÖVRİYƏSİ – SENSASİON FAKTLAR – FOTO

Türkiyə və İsrail arasında 9,5 milyardlıq TİCARƏT DÖVRİYƏSİ – SENSASİON FAKTLAR – FOTO

Rusiya Odessaya zərbə endirdi: 8 yaralı var – FOTO/VİDEO

Rusiya Odessaya zərbə endirdi: 8 yaralı var – FOTO/VİDEO

Ukraynanın ATB supermarketlər şəbəkəsində bu məhsullar çatışmır – SİYAHI

Ukraynanın ATB supermarketlər şəbəkəsində bu məhsullar çatışmır – SİYAHI

"Xankəndi" komandasında YENİ baş məşqçi

"Xankəndi" komandasında YENİ baş məşqçi

FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 97 nəfər xilas olunub

FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 97 nəfər xilas olunub

Lənkəranda 150 minlik DƏLƏDUZLUQ: Saxlanılan var – FOTO

Lənkəranda 150 minlik DƏLƏDUZLUQ: Saxlanılan var – FOTO

Qazi aşpazın ölüm səbəbi açıqlandı

Qazi aşpazın ölüm səbəbi açıqlandı

Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

Dənizdə təhlükəli vəziyyətə düşən şəxs polis əməkdaşları tərəfindən xilas edildi – VİDEO

Dənizdə təhlükəli vəziyyətə düşən şəxs polis əməkdaşları tərəfindən xilas edildi – VİDEO

Kiçik biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ - Ən populyar sahələr AÇIQLANDI

Kiçik biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ - Ən populyar sahələr AÇIQLANDI

Ağsuda yanğın törədən şəxs saxlanıldı

Ağsuda yanğın törədən şəxs saxlanıldı

Makron Rusiyanın Ukrayna Milli Elmlər Akademiyasına endirdiyi zərbəni pislədi – FOTO

Makron Rusiyanın Ukrayna Milli Elmlər Akademiyasına endirdiyi zərbəni pislədi – FOTO

Rusiya ilin sonunadək cəbhəyə əlavə 300 min hərbçi göndərəcək? – VİDEO

Rusiya ilin sonunadək cəbhəyə əlavə 300 min hərbçi göndərəcək? – VİDEO

Pensiya və müavinətlə bağlı yeni XƏBƏR VAR

Pensiya və müavinətlə bağlı yeni XƏBƏR VAR

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Azərbaycanda bu il bir meyitdən ürək transplantasiyası həyata keçirildi

Azərbaycanda bu il bir meyitdən ürək transplantasiyası həyata keçirildi

Dövlət qurumunda YENİ TƏYİNAT - FOTO

Dövlət qurumunda YENİ TƏYİNAT - FOTO

Şagirdinin valideynindən 65 min alıb qaytarmadı - Həbs edildi

Şagirdinin valideynindən 65 min alıb qaytarmadı - Həbs edildi

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

"Bazar Store"dan vaxtı keçmiş uşaq qidasının satışı ilə bağlı AÇIQLAMA – “Müştəri səhv şəkil paylaşıb”

"Bazar Store"dan vaxtı keçmiş uşaq qidasının satışı ilə bağlı AÇIQLAMA – “Müştəri səhv şəkil paylaşıb”

Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilk dəfə BMT platformasında gündəmə gətirildi

Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilk dəfə BMT platformasında gündəmə gətirildi

Cəlilabadda ev yandı - VİDEO

Cəlilabadda ev yandı - VİDEO

DİN-dən at arabaları ilə bağlı AÇIQLAMA

DİN-dən at arabaları ilə bağlı AÇIQLAMA

End of content

No more pages to load

RADİO