Gədəbəyin yeni icra başçısı kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Bizim.Media “publika.az”a istinadla xəbər verir ki, o, bundan əvvəl Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 05 iyul 2022-ci il tarixli 157 saylı Sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilmişdi.

H.Babayevin dosyesini təqdim edirik:

Hacıbaba Adil oğlu Babayev 01.01.1978-cı ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Şahtaxtı kəndində anadan olub. 1985-1993-cü illərdə orta məktəbə gedib. 1996-cı ildə N.Rəfiyev adına Naxçıvan Şəhər Kənd Təsərrüfatı Texnikumunu Mühasibat uçotu ixtisası üzrə bitirib.

1996-2000-ci illərdə Odlar Yurdu Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb, 2000-2002-ci illərdə Universitetin magistratura pilləsini, 2009-2013-cü illərdə Naxçıvan Dövlət Universitetini “iqtisadiyyatı tənzimlənməsi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2002-2003-cü illərdə müddətli həqiqi hərbi xidmət keçib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Əmək fəaliyyətinə 2004-cü ildən Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində başlayıb, 26 yanvar 2022-ci il tarixinədək həmin şöbənin baş məsləhətçisi vəzifəsində çalışıb, 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsinə yiyələnib. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 26 yanvar 2022-ci il tarixli Sərəncamı ilə Aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Dövlət qulluqçusu kimi fəaliyyət dövründə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri tərəfindən müxtəlif vaxtlarda “Fəxri Fərman”lar və “Təşəkkürnamə”lərlə təltif edilib. 15 oktyabr 2018-ci il tarixində “Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri” İctimai Birliyi tərəfindən “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli 3015 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Ailəlidir, iki övladı var!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İnterneti Wi-Fi olmadan paylaşmağın yolu

İnterneti Wi-Fi olmadan paylaşmağın yolu

Minlərlə tələbə, uzun növbələr - “Elmlər Akademiyası”nda avtobusların sayı ARTIRILACAQ?

Minlərlə tələbə, uzun növbələr - “Elmlər Akademiyası”nda avtobusların sayı ARTIRILACAQ?

Ukraynadan daha 30 uşaq Azərbaycana gətirildi - FOTO

Ukraynadan daha 30 uşaq Azərbaycana gətirildi - FOTO

Bakının bu küçəsində işıqforun vaxtı dəyişdirildi

Bakının bu küçəsində işıqforun vaxtı dəyişdirildi

Builki subasmanın NƏTİCƏSİ: 1351 vətəndaş təxliyə olunub

Builki subasmanın NƏTİCƏSİ: 1351 vətəndaş təxliyə olunub

Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi

Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi

İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi – FOTO

İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi – FOTO

Şarja-Bakı reysi ilə gələn sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkar edildi - FOTO

Şarja-Bakı reysi ilə gələn sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkar edildi - FOTO

Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR

Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? – Direktordan ÖZƏL AÇIQLAMA

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? – Direktordan ÖZƏL AÇIQLAMA

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Qarabağ Universitetindən müəllimlə bağlı yayılan iddialara CAVAB

Qarabağ Universitetindən müəllimlə bağlı yayılan iddialara CAVAB

Əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verildi

Əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verildi

Pərviz Heydərov vəfat etdi

Pərviz Heydərov vəfat etdi

İnfantino Hövsana gəldi

İnfantino Hövsana gəldi

Təhlükəsizlik zəncirinin ən həssas halqası – FOTO

Təhlükəsizlik zəncirinin ən həssas halqası – FOTO

Dənizdə batan üç şəxs axtarılır

Dənizdə batan üç şəxs axtarılır

Qubada qoz ağacından yıxılan şəxs VƏFAT ETDİ

Qubada qoz ağacından yıxılan şəxs VƏFAT ETDİ

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı

Türkiyə və İsrail arasında 9,5 milyardlıq TİCARƏT DÖVRİYƏSİ – SENSASİON FAKTLAR – FOTO

Türkiyə və İsrail arasında 9,5 milyardlıq TİCARƏT DÖVRİYƏSİ – SENSASİON FAKTLAR – FOTO

Rusiya Odessaya zərbə endirdi: 8 yaralı var – FOTO/VİDEO

Rusiya Odessaya zərbə endirdi: 8 yaralı var – FOTO/VİDEO

Ukraynanın ATB supermarketlər şəbəkəsində bu məhsullar çatışmır – SİYAHI

Ukraynanın ATB supermarketlər şəbəkəsində bu məhsullar çatışmır – SİYAHI

"Xankəndi" komandasında YENİ baş məşqçi

"Xankəndi" komandasında YENİ baş məşqçi

End of content

No more pages to load

RADİO