Goranboyda yol nəqliyyat hadisəsi azyaşlının ölümü ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Şahməmmədli kəndində baş verib.
Hərəkətdə olan avtomobil 2013-cü il təvəllüdlü Ə. Ə vurub. O, xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu