Altı il əvvəl Vətən müharibəsində şəhid olan Yaşar Xudayev, İsmət Hacıyev və Miqdad Abduləlimov Qubanın Vətən müharibəsində verdiyi ilk şəhidlər olublar. Onların döyüş yolu, göstərdikləri igidlik və Vətən uğrunda verdikləri ən böyük fədakarlıq bu gün də doğmaları üçün həm sonsuz kədər, həm də qürur mənbəyidir. Aradan illər keçsə də, şəhidlərin adı yaddaşlardan silinmir, qəhrəmanlıqları nəsildən-nəslə ötürülür.
21 yaşında şəhid olan Yaşar Xudayevin atası Əli Xudiyev deyir ki, evin tək oğlu olan Yaşarın hərbi xidmətdən tərxis olunmasına cəmi üç ay qalmışdı. Oğlunun qəhrəmancasına şəhid olması ailəsi üçün ağır olsa da, Yaşarın atası belə bir övlad böyütdüyü üçün qürur hissi keçirdiyini deyir.
Ətraflı Bizim.Media-nın videosüjetdə:
Aytəkin Alxaslı, Ələkbər Babayev, Bizim.Media, Şimal bürosu