Marketlərdə toyuq filesi niyə yoxdur?

Bakıda bir sıra marketlərdə toyuq filesinin satışda olmadığı, bəzi satış nöqtələrində isə məhsulun əvvəlki dövrlə müqayisədə daha baha qiymətə təklif edildiyi müşahidə olunur.

Bizim.Media modern.az-a istinadla xəbər verir ki, müşahidələr zamanı bir neçə məşhur market şəbəkəsində toyuq filesinə rast gəlinməyib. Satıcıların sözlərinə görə, məhsul bir müddətdir ki, mağazalara əvvəlki həcmdə gətirilmir.
 

File almaq istəyən istehlakçılar isə əsasən ixtisaslaşmış toyuq məhsulları mağazalarına üz tutmalı olurlar. Bu satış nöqtələrində də qiymətlər əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə artıb.


Hazırda toyuq filesinin ən ucuz qiyməti 8,5 manatdan başlayır. Satıcılar son bir ay ərzində məhsulun qiymətinin təxminən 1,5 manat artmasını toyuq filesi üzrə yaranan qıtlıqla əlaqələndirirlər.

Bəs marketlərdə toyuq filesinin azalmasının və qiymət artımının səbəbi nədir? Ölkədə həqiqətən file qıtlığı yaranıb, yoxsa vəziyyət müvəqqətidir?

Modern.az bu suallarla Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Mürvət Həsənliyə müraciət edib.O, açıqlamasında bildirib ki, son dövrlərdə toyuq filesi və doğranmış toyuq hissələri üzrə ciddi qıtlıq müşahidə olunmur. Lakin bəzi satış nöqtələrində yaranan çatışmazlığın əsas səbəblərindən biri tələbatın artmasıdır.
 

Onun sözlərinə görə, sentyabr ayında insanların tətildən qayıtması, eləcə də ölkəyə gələn turistlərin sayının çoxalması toyuq ətinə, xüsusilə file və bud hissələrinə tələbatı artırıb. Bundan başqa, qırmızı ətin son dövrdə 1-2 manat bahalaşması da istehlakçıların toyuq ətinə yönəlməsini gücləndirib.


"Yaxın 3-5 gündə bu qıtlıq aradan qalxacaq. Hazırda kifayət qədər istehsalda olan toyuq var", - deyə Mürvət Həsənli bildirib.

Assosiasiya sədri qiymət artımının da gözlənilmədiyini deyib. O bildirib ki, yemin və enerji daşıyıcılarının qiymətində artım olmayıb.

Mürvət Həsənlinin sözlərinə görə, ölkədə ciddi istehsal həyata keçirən 50-yə yaxın fabrik fəaliyyət göstərir və əsas istehsal müəssisələrində hazırda problem yoxdur.

O qeyd edib ki, hazırda toyuğun 85-87 faizi soyudulmuş, təzə kəsilmiş şəkildə bütöv halda satılır. Dondurulmuş file və bud hissələrinə isə əsasən otellər və digər ictimai iaşə obyektləri üstünlük verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR

Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? – Direktordan ÖZƏL AÇIQLAMA

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? – Direktordan ÖZƏL AÇIQLAMA

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Qarabağ Universitetindən müəllimlə bağlı yayılan iddialara CAVAB

Qarabağ Universitetindən müəllimlə bağlı yayılan iddialara CAVAB

Əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verildi

Əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verildi

Pərviz Heydərov vəfat etdi

Pərviz Heydərov vəfat etdi

İnfantino Hövsana gəldi

İnfantino Hövsana gəldi

Təhlükəsizlik zəncirinin ən həssas halqası – FOTO

Təhlükəsizlik zəncirinin ən həssas halqası – FOTO

Dənizdə batan üç şəxs axtarılır

Dənizdə batan üç şəxs axtarılır

Qubada qoz ağacından yıxılan şəxs VƏFAT ETDİ

Qubada qoz ağacından yıxılan şəxs VƏFAT ETDİ

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı

Türkiyə və İsrail arasında 9,5 milyardlıq TİCARƏT DÖVRİYƏSİ – SENSASİON FAKTLAR – FOTO

Türkiyə və İsrail arasında 9,5 milyardlıq TİCARƏT DÖVRİYƏSİ – SENSASİON FAKTLAR – FOTO

Rusiya Odessaya zərbə endirdi: 8 yaralı var – FOTO/VİDEO

Rusiya Odessaya zərbə endirdi: 8 yaralı var – FOTO/VİDEO

Ukraynanın ATB supermarketlər şəbəkəsində bu məhsullar çatışmır – SİYAHI

Ukraynanın ATB supermarketlər şəbəkəsində bu məhsullar çatışmır – SİYAHI

"Xankəndi" komandasında YENİ baş məşqçi

"Xankəndi" komandasında YENİ baş məşqçi

FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 97 nəfər xilas olunub

FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 97 nəfər xilas olunub

Lənkəranda 150 minlik DƏLƏDUZLUQ: Saxlanılan var – FOTO

Lənkəranda 150 minlik DƏLƏDUZLUQ: Saxlanılan var – FOTO

Qazi aşpazın ölüm səbəbi açıqlandı

Qazi aşpazın ölüm səbəbi açıqlandı

Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

Dənizdə təhlükəli vəziyyətə düşən şəxs polis əməkdaşları tərəfindən xilas edildi – VİDEO

Dənizdə təhlükəli vəziyyətə düşən şəxs polis əməkdaşları tərəfindən xilas edildi – VİDEO

Kiçik biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ - Ən populyar sahələr AÇIQLANDI

Kiçik biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ - Ən populyar sahələr AÇIQLANDI

Ağsuda yanğın törədən şəxs saxlanıldı - VİDEO

Ağsuda yanğın törədən şəxs saxlanıldı - VİDEO

Makron Rusiyanın Ukrayna Milli Elmlər Akademiyasına endirdiyi zərbəni pislədi – FOTO

Makron Rusiyanın Ukrayna Milli Elmlər Akademiyasına endirdiyi zərbəni pislədi – FOTO

End of content

No more pages to load

RADİO