Palçıq Vulkanları Turizm Kompleksindən FOTOLAR

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə sentyabrın 28-də yerli media nümayəndələri üçün Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub.

Bizim.Media xəbər verir ki, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli mediatur çərçivəsində bir sıra məlumatlar təqdim edib. 

Onun sözlərinə görə,  13 iyun 2024-cü il tarixdə istifadəyə verilən və fərqli turizm məhsulu olan Palçıq Vulkanları Turizm Kompleksi paytaxta gələn turistlərin ən çox səfər etdikləri məkanlardan biridir.

Kompleksin Turizm İnformasiya Mərkəzi, palçıq vulkanlarının xüsusiyyətləri və minerallar barədə dolğun məlumat verən Sərgi zalı, dulusçuluq və neftlə rəsmlərin çəkilməsi üzrə master-klaslar təşkil olunan Emalatxana, Azərbaycan və dünya faunasına aid 1000-ə yaxın nümunənin sərgiləndiyi Təbiət tarixi sərgi zalı ziyarətçilərdə böyük maraq doğurur. 

"Unikal təbiət hadisəsi kimi turistlərin diqqətini cəlb edən palçıq vulkanları ilə tanış olmaq üçün də Kompleksdə hərtərəfli şərait yaradılıb. Buradakı açıq ərazidə bir sırada düzülmüş 8 sopkadan (təpə) ibarət “Qılınc” palçıq vulkanını, həmçinin neft püskürən vulkanı yaxından izləmək mümkündür. Bundan başqa, Azərbaycanın və dünyanın ən böyük palçıq vulkanı sayılan, hündürlüyü 402, diametri 150 metr olan “Torağay” palçıq vulkanını kənardan müşahidə etmək olar". 

Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri M.Ağabəyli qeyd edib ki, palçıq vulkanlarının ətrafında müasir turizm infrastrukturunun yaradılması bu ərazilərdə yerləşən vulkanlar haqqında ictimai maarifləndirməni artırır və onları təbiət irsi kimi təbliğ edir. İdarə Heyətinin sədri Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən digər qoruq və müəssisələrdə turistlər üçün yaradılmış imkanlar, ümumən regionlarda yaradılan yeni turizm məhsulları, həyata keçirilən yeni layihələr, turizm obyektlərini ziyarət edənlərin sayı barədə də məlumat verib. 

M.Ağabəyli söyləyib ki, 2026-cı ilin yanvar-avqust ayları ərzində Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən qoruq və muzeyləri, ümumilikdə 432 296 turist bilet alaraq ziyarət edib. Onların 303 426 (70,19 faiz) nəfəri xarici, 128 870 (29,81 faiz) nəfəri yerli turistlər olub. 95 260 nəfər qoruq və muzeyləri ödənişsiz qaydada ziyarət edib.

Palçıq Vulkanları Turizm Kompleksini isə 2026-cı ilin yanvar-avqust ayları ərzində, ümumilikdə 28 979 nəfər bilet alaraq ziyarət edib. Onlardan 26 235 nəfəri xarici, 2 744 nəfəri yerli turist olub. 798 nəfər ödənişsiz qaydada Kompleksi ziyarət edib.

Xarici turistlər dünyanın 150-dən çox ölkəsini təmsil ediblər. Onlar arasında Çin, Rusiya, Türkiyə, İsrail, Hindistan, Polşa, Almaniya, İtaliya, Bəhreyn və ABŞ vətəndaşları üstünlük təşkil ediblər.

Mediaturda jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılıb.





































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR

Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? – Direktordan ÖZƏL AÇIQLAMA

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? – Direktordan ÖZƏL AÇIQLAMA

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Qarabağ Universitetindən müəllimlə bağlı yayılan iddialara CAVAB

Qarabağ Universitetindən müəllimlə bağlı yayılan iddialara CAVAB

Əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verildi

Əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verildi

Pərviz Heydərov vəfat etdi

Pərviz Heydərov vəfat etdi

İnfantino Hövsana gəldi

İnfantino Hövsana gəldi

Təhlükəsizlik zəncirinin ən həssas halqası – FOTO

Təhlükəsizlik zəncirinin ən həssas halqası – FOTO

Dənizdə batan üç şəxs axtarılır

Dənizdə batan üç şəxs axtarılır

Qubada qoz ağacından yıxılan şəxs VƏFAT ETDİ

Qubada qoz ağacından yıxılan şəxs VƏFAT ETDİ

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı

Türkiyə və İsrail arasında 9,5 milyardlıq TİCARƏT DÖVRİYƏSİ – SENSASİON FAKTLAR – FOTO

Türkiyə və İsrail arasında 9,5 milyardlıq TİCARƏT DÖVRİYƏSİ – SENSASİON FAKTLAR – FOTO

Rusiya Odessaya zərbə endirdi: 8 yaralı var – FOTO/VİDEO

Rusiya Odessaya zərbə endirdi: 8 yaralı var – FOTO/VİDEO

Ukraynanın ATB supermarketlər şəbəkəsində bu məhsullar çatışmır – SİYAHI

Ukraynanın ATB supermarketlər şəbəkəsində bu məhsullar çatışmır – SİYAHI

"Xankəndi" komandasında YENİ baş məşqçi

"Xankəndi" komandasında YENİ baş məşqçi

FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 97 nəfər xilas olunub

FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 97 nəfər xilas olunub

Lənkəranda 150 minlik DƏLƏDUZLUQ: Saxlanılan var – FOTO

Lənkəranda 150 minlik DƏLƏDUZLUQ: Saxlanılan var – FOTO

Qazi aşpazın ölüm səbəbi açıqlandı

Qazi aşpazın ölüm səbəbi açıqlandı

Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

Dənizdə təhlükəli vəziyyətə düşən şəxs polis əməkdaşları tərəfindən xilas edildi – VİDEO

Dənizdə təhlükəli vəziyyətə düşən şəxs polis əməkdaşları tərəfindən xilas edildi – VİDEO

Kiçik biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ - Ən populyar sahələr AÇIQLANDI

Kiçik biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ - Ən populyar sahələr AÇIQLANDI

Ağsuda yanğın törədən şəxs saxlanıldı - VİDEO

Ağsuda yanğın törədən şəxs saxlanıldı - VİDEO

Makron Rusiyanın Ukrayna Milli Elmlər Akademiyasına endirdiyi zərbəni pislədi – FOTO

Makron Rusiyanın Ukrayna Milli Elmlər Akademiyasına endirdiyi zərbəni pislədi – FOTO

End of content

No more pages to load

RADİO