Lamiyə insanları necə aldadıb? – “AzTV-də işləyirəm” deyibmiş

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə vətəndaşa qarşı dələduzluq edərək külli miqdardarda pulunu ələ keçirməkdə təqsirləndirilən Lamiyə Səfərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən Lamiyə Səfərova ona qarşı irəli sürülən ittihamlarda özünü təqsirli bilmədiyini deyib. Məhkəmə daha sonra zərərçəkənlərin ifadəsi ilə davam edib.

Zərərçəkmiş Elton Əsgərov təqsirləndirilən şəxslə 2021-ci ildə bacısı Sevinc vasitəsilə tanıdığını bildirib:

"Mən mühasibəm, restoranlarla əməkdaşlıq edirəm. Lamiyə xanımı da  bacım vasitəsilə tanıdım. Bacım deyirdi ki, o AzTv-də işləyir, nüfuzlu şəxslərlə iş əlaqələri var. İşlə bağlı danışığımız telefonda oldu. Dedi ki, öz restoranını açmaq istəyir, lakin bunun üçün vəsaiti yoxdur.
 

Hətta "28 May" ərazisində yerləşən "Özsüt" restoranına baxıla biləcəyini dedi. Düzü mən tanımadığım insanla iş görmək istəmirdim, lakin bacım məni razı saldı. "Bank of Baku"ya yaxınlaşıb 5600 manat məbləğində  pulu götürdüm, sonra məbləği əlbəəl Lamiyə xanıma verdim. 


Mənim məqsədim  açılacaq restoranda yaxşı maaşlı bir iş idi, şərik olmaq niyyətim yox idi. Lamiyə xanım bankın pulunu özü ödəyəcəyini demişdi. Ödəniş vaxtı yaxınlaşanda bankdan zəng gəldi, məlum oldu ki, Lamiyə xanım heç bir ödəniş etməyib. Beləliklə borc qaldı mənim üstümdə".

Zərərçəkən Sevinc Əsgərova bu işə xeyir götürmək məqsədilə qarışdığını deyib:

"Qardaşım açılacaq restoranda mühasib olacaqdı, mən də  işləməyəcəkdim, niyyətim bu sövdələşmədən xeyir götürmək idi. Bu iş üçün bankdan 2600 manat pul götürmüşəm. Lamiyə xanıma zənglərimə cavab vermədi. Mənə zəng edən bank işçisinə dedim ki, ödənişi xəstə uşağımın pensiya kartından çıxarsınız".

Təqsirləndirilən Lamiyə Səfərova iş üzrə zərərçəkən kimi tanınan Elnarə İsmayılovadan  10 000 manat  faiz götürdüyünü bildirib:

"Mənim dörd övladım var, azyaşlıdırlar. Evdar qadınam. Çoxlu borclarım yaranmışdı, mənə pul lazım idi. Pulları sırf borclarımı ödəmək məqsədi ilə almışam, sonra da onları ödəyə bilmədim. Ortada  restoran söhbəti olmayıb. Bunu özləri də bilirdilər".

Növbəti proses 26 oktyabr saat 11:00-a təyin olunub.

Xatırladaq ki, 2021-ci ildə Səfərova Lamiyə Qərani qızı  "Özsüd" restoranını satmaq adı ilə İsmayılova Elnarəni aldadaraq, etibarından sui-istifadə edərək, onun  350 000 manat pulunu dələduzluq yolu ilə mənimsəyib.

İsmayılova Elnarə bildirib ki, Masazırda anasına məxsus olan evi sataraq, restoranı almaq üçün pulunu L.Səfərovaya verib və üzərindən dörd il keçməsinə baxmayaraq, 350 000 manatını geri ala bilmir. Lamiyə Səfərovanın müxtəlif vaxtlarda Elton Əsgərovun və Sevinc Əsgərovanın  etibarından sui-istifadə edərək, hər ikisinə  ümumilikdə 8200 manat maddi ziyan vurub.

Şikayətlər əsasında  faktla bağlı cinayət işi qaldırılıb, Lamiyə Səfərovaya Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR

Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? – Direktordan ÖZƏL AÇIQLAMA

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? – Direktordan ÖZƏL AÇIQLAMA

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Qarabağ Universitetindən müəllimlə bağlı yayılan iddialara CAVAB

Qarabağ Universitetindən müəllimlə bağlı yayılan iddialara CAVAB

Əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verildi

Əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verildi

Pərviz Heydərov vəfat etdi

Pərviz Heydərov vəfat etdi

İnfantino Hövsana gəldi

İnfantino Hövsana gəldi

Təhlükəsizlik zəncirinin ən həssas halqası – FOTO

Təhlükəsizlik zəncirinin ən həssas halqası – FOTO

Dənizdə batan üç şəxs axtarılır

Dənizdə batan üç şəxs axtarılır

Qubada qoz ağacından yıxılan şəxs VƏFAT ETDİ

Qubada qoz ağacından yıxılan şəxs VƏFAT ETDİ

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı

Türkiyə və İsrail arasında 9,5 milyardlıq TİCARƏT DÖVRİYƏSİ – SENSASİON FAKTLAR – FOTO

Türkiyə və İsrail arasında 9,5 milyardlıq TİCARƏT DÖVRİYƏSİ – SENSASİON FAKTLAR – FOTO

Rusiya Odessaya zərbə endirdi: 8 yaralı var – FOTO/VİDEO

Rusiya Odessaya zərbə endirdi: 8 yaralı var – FOTO/VİDEO

Ukraynanın ATB supermarketlər şəbəkəsində bu məhsullar çatışmır – SİYAHI

Ukraynanın ATB supermarketlər şəbəkəsində bu məhsullar çatışmır – SİYAHI

"Xankəndi" komandasında YENİ baş məşqçi

"Xankəndi" komandasında YENİ baş məşqçi

FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 97 nəfər xilas olunub

FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 97 nəfər xilas olunub

Lənkəranda 150 minlik DƏLƏDUZLUQ: Saxlanılan var – FOTO

Lənkəranda 150 minlik DƏLƏDUZLUQ: Saxlanılan var – FOTO

Qazi aşpazın ölüm səbəbi açıqlandı

Qazi aşpazın ölüm səbəbi açıqlandı

Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

Dənizdə təhlükəli vəziyyətə düşən şəxs polis əməkdaşları tərəfindən xilas edildi – VİDEO

Dənizdə təhlükəli vəziyyətə düşən şəxs polis əməkdaşları tərəfindən xilas edildi – VİDEO

Kiçik biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ - Ən populyar sahələr AÇIQLANDI

Kiçik biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ - Ən populyar sahələr AÇIQLANDI

Ağsuda yanğın törədən şəxs saxlanıldı - VİDEO

Ağsuda yanğın törədən şəxs saxlanıldı - VİDEO

Makron Rusiyanın Ukrayna Milli Elmlər Akademiyasına endirdiyi zərbəni pislədi – FOTO

Makron Rusiyanın Ukrayna Milli Elmlər Akademiyasına endirdiyi zərbəni pislədi – FOTO

End of content

No more pages to load

RADİO