Prezident İlham Əliyevin Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayevə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Bizim.Media Sənan Paşayevin dosyesini təqdim edir:
Sənan Paşayev 2023-cü ilin mayında Dövlət başçısının imzaladığı sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsinə təyin olunub. O daha əvvəl Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini və Naxçıvan prokurorunun müavini kimi vəzifələrdə çalışıb.
Sənan Paşayev dövlət başçısı tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Bizim.Media