Bakının Nərimanov rayonunda içməli su borusunun partlaması nəticəsində yaranan problem bir həftədir aradan qaldırılmayıb.
Bizim.Media xəbər verir ki, oxu.az-ın qaynar xəttinə bununla bağlı şikayət daxil olub.
Qeyd olunub ki, hadisə Nəcəf Nərimanov küçəsi, 3 ünvanında baş verib: təxminən bir həftə əvvəl içməli su borusu partlayıb və nəticədə böyük həcmdə su küçəyə axmağa başlayıb.
Şikayətçi iddia edib ki, yaranmış vəziyyətlə bağlı aidiyyəti qurumlara dəfələrlə məlumat verilsə də, problem hələ də həllini tapmayıb.
Onların sözlərinə görə, suyun fasiləsiz şəkildə küçəyə axması həm içməli suyun israfına, həm də ərazidə yol örtüyünün sıradan çıxmasına və ətrafın su basmasına səbəb olur.
Bizim.Media