Hazırda ərazidə Qaradağ rayonunda yerləşən Otman Bozdağ Palçıq Vulkanın aktivliyi və püskürmə nəticəsində yaranmış geoloji dəyişikliklərlə bağlı ilkin müşahidə və qiymətləndirmə işləri aparılır.
Bizim.Media xəbər verir ki, bunu "Report"a Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev bildirib.
Onun sözlərinə görə, püskürmə güclü alovlanma ilə müşayiət olunub.
Təbiət hadisəsi yerli vaxtla saat 07:32-də qeydə alınıb.

Bizim.Media