Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi AÇIQLANDI

Ödəniş kartları və elektron pula bağlı ödəniş hesablarının sayına tətbiq edilən risk əsaslı yanaşmanın əsas məqsədi ödəniş xidməti təchizatçılarının, o cümlədən banklar və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərini minimuma endirmək və risk əsaslı yanaşmanın daha vahid formada tətbiq edilməsidir.

Bizim.Media xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasından verilən məlumata görə, son illərdə rəqəmsal ödəniş ekosisteminin sürətli inkişafı, nağdsız hesablaşmaların genişlənməsi və innovativ ödəniş həllərinin artması risklərin daha effektiv idarə edilməsini zəruri edib.
 

“Bu yanaşma sağlam ödəniş təcrübəsinin təşviqinə, maliyyə fırıldaqçılığı risklərinin azaldılmasına və ödəniş ekosisteminin təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir”, - deyə məlumatda bildirilib.


Qeyd olunub ki, mövcud yanaşmaya əsasən, əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları, habelə depozit hesablarına bağlı ödəniş kartları istisna olmaqla, hər bir bank tərəfindən təqdim edilən hər bir ödəniş kartı məhsulu üzrə milli valyutada 1 ödəniş kartı, hər bir xarici valyuta üzrə isə 1 ödəniş kartı nəzərdə tutulur.
 

“Bu yanaşma yalnız konkret bank üzrə tətbiq edilir və digər banklardan ödəniş kartı əldə edilməsinə hər hansı məhdudiyyət yaratmır. Eyni zamanda, əgər bank ödəniş xidməti istifadəçisinə bir neçə fərqli ödəniş kartı məhsulu təqdim edirsə, ödəniş xidməti istifadəçisi həmin məhsulların hər biri üzrə ayrıca ödəniş kartı əldə edə bilər”, - məlumatda vurğulanıb.


Bildirilib ki, ödəniş xidməti istifadəçisi eyni bankdan həm milli valyutada, həm də müxtəlif xarici valyutalarda, məsələn, ABŞ dolları və avroda ödəniş kartı əldə edə bilər.

Assosiasiyadan qeyd edilib ki, yeni yanaşma hazırda istifadə olunan ödəniş kartlarının istifadəsinə məhdudiyyət yaratmır. Mövcud kartlardan onların etibarlılıq müddəti başa çatanadək və ya istifadəçi tərəfindən bağlanılanadək istifadə etmək mümkündür.
 

“Eyni bankdan əlavə ödəniş kartına ehtiyac yarandıqda, ödəniş xidməti istifadəçisinin xidmət aldığı banka müraciət etməsi kifayətdir. Bank risk əsaslı yanaşma çərçivəsində müraciəti qiymətləndirəcək”, - deyə məlumatda bildirilib.


Qeyd olunub ki, istifadəçi tərəfindən ödəniş kartından və ya elektron pula bağlı ödəniş hesabından istifadə məqsədi barədə ağlabatan izahat təqdim edildiyi, həyata keçirilən əməliyyatların bankda mövcud məlumatlarla uyğunluq təşkil etdiyi və qeyri-qanuni məqsədlərlə istifadə edilmədiyinə əminlik yarandığı hallarda, konkret istifadəçi üzrə nəzərdə tutulan sayın artırılması mümkündür.

Assosiasiya vurğulayıb ki, əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları və depozit hesablarına bağlı ödəniş kartları qeyd olunan risk əsaslı yanaşmadan istisna edilir.

Məlumata görə, risk əsaslı yanaşma 1 avqust 2026-cı il tarixindən etibarən tətbiq olunmağa başlanıb. Banklar və digər ödəniş xidməti təchizatçıları bu yanaşmanı öz texniki imkanları və daxili prosedurları çərçivəsində mərhələli şəkildə tətbiq edirlər.

 

“Baza prinsipləri sektor üzrə vahid olsa da, risk əsaslı yanaşmaya uyğun olaraq konkret ödəniş xidməti istifadəçiləri üzrə fərqli qərarlar qəbul edilə bilər”, - məlumatda qeyd olunub.


Bildirilib ki, yeni yanaşma ödəniş alətlərindən sui-istifadə hallarının qarşısının alınmasına, maliyyə fırıldaqçılığı risklərinin azaldılmasına və ödəniş xidməti təchizatçıları tərəfindən istifadəçilərin daha effektiv risk qiymətləndirilməsinə imkan yaradır.

Assosiasiyadan əlavə edilib ki, yanaşma eyni bankda müxtəlif ödəniş kartı məhsullarından istifadə imkanını da məhdudlaşdırmır. Belə ki, istifadəçi eyni bankda “Azal Miles”, digər debet və ya kredit ödəniş kartı məhsulları üzrə ayrıca ödəniş kartları əldə edə bilər.

“Qeyd olunan yanaşma hər bir bank tərəfindən təqdim edilən hər bir ödəniş kartı məhsulu üzrə ayrıca tətbiq edilir. Eyni yanaşma həm milli valyutada, həm də xarici valyutada təqdim olunan ödəniş kartı məhsullarına şamil edilir. Bu çərçivədə hər bir ödəniş kartı məhsulu üzrə milli valyutada 1 ödəniş kartı, hər bir xarici valyuta üzrə isə 1 ödəniş kartı əldə edilməsi mümkündür”, - məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

End of content

No more pages to load

RADİO