Kürdəmirdə açıq ərazidə güclü yanğın başlayıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax dəmir yolu xəttinin rayonun Xırdapay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki ərazidə anidən yanğın başlayıb və qısa zamanda yanğının ərazisi böyüyüb. Hazırda əraziyə FHN-nin Kürdəmir rayon Dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.


Bizim.Media, Aran bürosu