Rəfiqəsini bağa çağırdı, qızılları yoxa çıxdı: 300 minlik oğurluq

Paytaxtda silsilə oğurluqlar törətməkdə təqsirləndirilən Aysel Zeynalova və Vüsal Zeynalovun cinayət işləri üzrə məhkəmə prosesi davam etdirilib.

Bizim.Media Lent.az-a istinadla xəbər verir ki, hakim Zaur Hacıyevin sədrliyi ilə baş tutan məhkəmə iclasında zərərçəkənin ifadəsi dinlənilib.
 
Zərərçəkən İ.S. təqsirləndirilən şəxslərdən ancaq Aysel Zeynalovanı tanıdığını bildirib:

"Ayseli qonşum T.A. vasitəsilə tanıdım. Yaxşı münasibətimiz yarandı, rəfiqə olduq. 2024-cü ildə qonşum T. A, münasibətdə olduğum şəxs və onun dostu ilə birlikdə "Sea Breeze"dəki villalardan birində istirahət edirdik. T.A, münasibətdə olduğum şəxs və dostu axşam qalmayaraq şəhərə qayıtdılar. Mən zəng edib Ayseli də ora dəvət etdim. Çox ayıq yatıram, adi bir tıqqıltı, səs məni dərhal narahat edib oyadır.

Amma hadisə baş verən günü mən necə bərk yuxuya getmişəmsə, heç nədən xəbərim olmayıb. Düşünürəm ki, Aysel oğurluğunu maneəsiz edə bilsin deyə, içdiyim suya yuxu dərmanı atıb. İki gün orada qalandan sonra mən əşyalarımı qablaşdırıb, qızıllarımı qoyduğum yerdən götürmək istəyəndə, onları yerində görmədim.

Bunu T. və ya münasibətdə olduğum şəxslə dostu edə bilməzdi. Çünki sonradan onlar gedən günə aid kamera çəkilişlərinə baxanda, qızıllarım olduğu yerdə görünürdü. Buna görə Ayseldən şübhələndim. İş gedib polisə çıxdı. Mən Birləşmiş Ərəb Əmirliyində olanda zəng gəldi ki, Ayseli tutmuşuq və əməliyyat nəticəsində sizin oğurlanmış qızıllarınız tapılıb. Sadəcə "Rolex" markalı saatım özümə qaytarıldı.

Qızıl qolbağımın isə Vüsal (təqsirləndirilən şəxs - red.) tərəfindən Gəncədə satıldığı məlum oldu. Aysel deyirdi ki, münasibətdə olduğu şəxs onun üçün uşaq geyimləri mağazası açıb. Amma sonra öyrəndim ki, o, sadəcə orada satıcıdır".

Növbəti iclas 23 oktyabra təyin olunub.
 

Xatırladaq ki, 2025-ci il yanvarın 27-də Nərimanov rayonunda polis əməkdaşlarının keçirdikləri tədbirlə ev və otellərdən silsilə oğurluqlar edən Aysel Zeynalova və Vüsal Zeynalov saxlanılıblar. Bu şəxslər paytaxt sakini olan üç vətəndaşdan ümumilikdə 276 min manat dəyərində qızıl-zinət əşyaları, 1000 manat və 2 ədəd mobil telefon oğurlayıblar. A.Zeynalova oğurluq əməllərindən sonra hadisə yerlərini tərk edərkən kameralardan yayınmaq üçün xüsusi geyimlərdən istifadə edib.


Faktla bağlı hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq - küllü miqdarda ziyan vurmaqla törədildikdə), 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə), 180.2.2-ci (soyğunçuluq- təkrar törədildikdə) və 180.2.5 (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

End of content

No more pages to load

RADİO