Azərbaycanda yaşayan əcnəbilərə hansı HÜQUQLAR verilir?

Azərbaycanda yaşayan və ya ölkəyə müvəqqəti səfər edən əcnəbilərin hüquq və vəzifələri qanunvericiliklə müəyyən edilir.

Bizim.Media xəbər verir ki, Azərbaycan Konstitusiyasının 69-cu maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycanda olarkən, qanun və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edir və vəzifələri yerinə yetirirlər.

Həmin maddəyə görə, Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər.

Əcnəbilərin əsas hüquqlarından biri qanun və məhkəmə qarşısında bərabərlikdir. Onlar hüquq və azadlıqlarının pozulduğunu hesab etdikdə dövlət orqanlarının qərar və hərəkətlərindən məhkəməyə müraciət edə bilərlər. Həmçinin qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi yardım almaq hüquqları var.

Əmək fəaliyyəti

Azərbaycanda işləmək istəyən əcnəbilərin də müəyyən hüquqları mövcuddur. Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər əmək hüquqlarından istifadə edə bilirlər. Bununla yanaşı, əcnəbinin Azərbaycanda işləməsi üçün konkret hallarda iş icazəsinin alınması tələb olunur. İşə qəbul, əmək müqaviləsi, əməkhaqqı, istirahət və əməyin mühafizəsi ilə bağlı münasibətlər əmək qanunvericiliyi ilə tənzimlənir. Əmək məcəlləsinin 13-cü maddəsinə görə, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının vətəndaşlarına nisbətən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daha üstün hüquqların müəyyən edilməsi yolverilməzdir.

Mülkiyyət hüququ
 

Azərbaycanda qanuni əsaslarla yaşayan əcnəbilərin mülki hüquqları da qanunvericiliklə qorunur. Onlar qanunun icazə verdiyi çərçivədə əmlak əldə edə, müqavilələr bağlaya və iqtisadi fəaliyyət həyata keçirə bilərlər. Mülki Məcəllənin 9-cu maddəsində qeyd edilib ki, mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir. 


Mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, əgər qanunda ayrı hal nəzərdə tutulmayıbsa, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdiyi münasibətlərə də tətbiq olunur. Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Həmçinin, onların qanunla qadağan edilməyən iqtisadi fəaliyyətlə məşğul olmaq hüquqları mövcuddur.

Məhkəmə və hüquqi müdafiə

Əcnəbilərin hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək imkanları var. Dövlət orqanlarının qanunsuz qərar və hərəkətləri nəticəsində hüquqları pozulduqda qanunla müəyyən edilmiş qaydada həmin qərarlardan şikayət edə bilərlər. Bundan başqa, şəxsin hüquq və azadlıqlarının pozulması nəticəsində ona zərər dəydiyi hallarda qanunvericilikdə nəzərdə tutulan qaydada kompensasiya tələb etmək imkanı da mövcuddur.

Həmçinin, onlar da şəxsi toxunulmazlıq hüququna malikdirlər. Onların tutulması, saxlanılması və ya həbs edilməsi zamanı Azərbaycan qanunvericiliyinin müəyyən etdiyi prosessual təminatlar tətbiq olunur. Şəxs tutulmasının və ya həbs edilməsinin səbəbləri barədə məlumatlandırılmalı, müdafiə hüququ təmin edilməlidir.

Siyasi hüquqlar

Bununla belə, əcnəbilərin bütün hüquqları Azərbaycan vətəndaşlarının hüquqları ilə eyni deyil. Məsələn, seçmək və seçilmək hüququ Azərbaycan vətəndaşlarının siyasi hüquqları sırasında yer alır. Bu səbəbdən əcnəbilər Azərbaycan vətəndaşları kimi parlament, prezident və digər seçkilərdə seçici və ya namizəd statusunda iştirak edə bilməzlər.

Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verə bilər.

Bununla bağlı qərarlar müvafiq qanunvericilik və müəyyən edilmiş prosedurlar əsasında qəbul edilir. Azərbaycanda yaşayan əcnəbilər yalnız hüquqlardan deyil, müəyyən vəzifələrdən də istifadə edirlər. Onlar Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, ölkədə qalma və qeydiyyat qaydalarına riayət etməlidirlər.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

End of content

No more pages to load

RADİO