“Günlərdir növbədəyik, həkimə düşə bilmirik” – Suraxanı Tibb Mərkəzində niyə endokrinoloq TAPILMIR?

Suraxanı Tibb Mərkəzində endokrinoloq qəbulunda uzun növbələrin yaranması ilə bağlı redaksiyamıza şikayətlər daxil olub.

Pasiyentlərin sözlərinə görə, tibb mərkəzində yalnız bir endokrinoloqun fəaliyyət göstərməsi səbəbindən şəkərli diabet, qalxanabənzər vəz və digər hormonal pozuntuları olan şəxslər saatlarla növbə gözləməli olurlar. Xüsusilə də yaşlı və şəkərli diabetdən əziyyət çəkən insanların saatlarla ayaq üstə qaldığı, axşam saatlarına qədər həkim qəbuluna düşə bilmədiyi bildirilir.

Qeyd olunur ki, bu hal hər gün insanlar arasında “növbəyə keçmək” uğrunda mübahisələr yaradır, stress və gərginliyi daha da artırır.

İddialara görə, pasiyentlər uzun növbədən sonra həkim qəbuluna düşsələr belə, icbari tibbi sığorta çərçivəsində müəyyən edilmiş limitin dolması ilə qarşılaşır və nəticədə müayinədən yararlana bilmirlər. Həkimə müraciət etmək üçün səhər saatlarından növbə gözləyən və uzun müddət vaxt sərf edən vətəndaş, limitin dolması səbəbindən qəbuldan kənarda qalır. Nəticədə ona növbəti gün yenidən tibb müəssisəsinə gəlmək, növbə tutmaq və həkim qəbuluna yazılmağa çalışmaq məsləhət görülür.

Lakin növbəti gün pasiyentin eyni mənzərə ilə qarşılaşdığı bildirilir. Yenidən uzun növbə yaranır, müraciət edənlərin sayı çox olur və müəyyən edilmiş qəbul limiti qısa müddətdə dolur. Beləliklə, pasiyent bir neçə gün ardıcıl olaraq eyni proseduru təkrarlamaq məcburiyyətində qalır, lakin buna baxmayaraq həkim qəbuluna düşə və tibbi xidmət ala bilmir.

Maraqlıdır, Suraxanı Tibb Mərkəzində niyə yalnız bir endokrinoloq fəaliyyət göstərir?

Bizim.Media məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb. TƏBİB-dən bildirildi ki, Suraxanı Tibb Mərkəzində çalışan iki həkim-endokrinoloqdan biri 26 avqust 2026-cı il tarixində öz ərizəsi əsasında işdən ayrılıb. Qeyd edilib ki, xidmətin davamlılığı ilə bağlı müvafiq tədbirlər görülür.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

End of content

No more pages to load

RADİO