Bakıdan rayonlara qayıdış üçün YENİ QƏRAR – Onlar köçürülə bilər

Bakıda nəqliyyat sıxlığı artıq yalnız pik saatlarda müşahidə olunan problem deyil. Günün müxtəlif saatlarında əsas prospektlərdə və şəhərin mərkəzinə aparan yollarda uzun tıxaclar yaranır. Paytaxtda avtomobillərin və əhalinin sayının artması bu yükü artırsa da, problemin yalnız avtomobil və insan çoxluğu ilə izah edilməsi nə dərəcədə doğrudur?

Mövcud yol və nəqliyyat infrastrukturu artan avtomobil sayına uyğunlaşdırılmayıb? Paytaxtda tıxacların qarşısını almaq üçün hansı dəyişikliklərə ehtiyac var?

Bizim.Media xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, “Formula 1” yarışlarına görə bəzi küçələrdə hərəkət məhdudlaşdırılıb, lakin Bakının tıxac problemi təkcə bununla bağlı deyil:

“Tıxac problemi əhalinin sıxlığı və bölgələrdən Bakıya axınla bağlıdır.  Bölgələrdə sosial vəziyyətin yaxşı olmaması səbəbindən Bakıya axın məsələsi gündəmə gəlir. İnsanların 50 faizi Bakıya iş üçün gəlirsə, digər 50 faizi də ona baxıb, marağa gəlir. Nəticədə kəndlər boşalır, Bakıda yaşayış kütləviləşir. Yaxud Bakıda yaşamaq imkanı olmayan insanlar Bakı ətrafında, Sumqayıtda və digər yaxın ərazilərdə məskunlaşırlar. Amma iş yerini harada tapırlar? Bakıda!

Bölgələrdə isə vəziyyət fərqlidir. Məsələn, bəzi yerlərdə əyləncə mərkəzinə ancaq icra başçısının qohumları, hansısa rayon rəhbərinin adamları gedə bilir. Başqa vətəndaş oraya gedib istirahət edə, əylənə bilmir. İndi bəzi turistik zonalarımız inkişaf edib. Bəs digərlərində vəziyyət necədir? Rayonlarda işsizlik və digər problemlər mövcuddur. Ona görə də bu məsələlər həllini tapmır”.

Elməddin Muradlı deyib ki, Bakı sürətlə insanların məskunlaşdığı şəhərə çevrilib:

“Bu insanlar da nəqliyyat problemini yalnız o cür həll edirlər ki, əllərinə imkan düşən kimi avtomobil alırlar və sürətli şəkildə avtomobilləşmə gedir. Azərbaycanda avtomobilləşmə təxminən 100 nəfərə 20 avtomobil səviyyəsindədir. Bu, əslində, 40-45-ə qədər normal rəqəm sayılır. İndi görün, bizdə 40-45-ə çatdırsaq, onda nə başlayacaq. Hər bölgənin sakinləri öz yerində, öz kəndində, öz elində-obasında olsa, vəziyyət bu həddə çatmaz. Problem həm də yol infrastrukturu ilə bağlıdır”.

Nəqliyyat eksperti bu məsələlərin artıq Milli Məclis səviyyəsində də müzakirə olunduğunu vurğulayıb:

“Deputatlar bölgələrin boşalmasının qarşısının alınması üçün məsələlər qaldırırlar. Cənab Prezident də yaxınlarda tapşırıqlar verdi ki, bölgələrin inkişafı, əhalinin Bakıdan bölgələrə, rayonlara qayıdışı ilə bağlı ciddi tədbirlər görülməlidir. Bu, uzun vaxt tələb edir. İnanırıq ki, məsələ ilə bağlı zəruri tədbirlər görüləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

End of content

No more pages to load

RADİO