Kompensasiya davası edən Kamran Seyidov 50 yaşlı qadını TAMAH üstündə ÖLDÜRÜBMÜŞ – Ailəsi DANIŞDI/ÖZƏL - VİDEO

Sentyabrın 23-də Əvəcuğ-Xürəl kəndinin meşəlik ərazisində aşkarlanan qadın meyiti ilə bağlı yeni təfərrüatlar məlum olub.

Bizim.Media-nın yerli bürosunun əvvəlki xəbərində hadisənin qısqanclıq zəminində baş verdiyi, öldürülən 1976-cı il təvəllüdlü Səadət Həsənovanın isə qətli törətməkdə şübhəli bilinən, 1999-cu il təvəllüdlü Kamran Seyidovla qeyri-rəsmi nikah münasibətində olduğu bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda başlayan mübahisə Qusar meşəsində qətllə bitdi - VİDEOREPORTAJ


Səadət Həsənovanın ailəsi redaksiyamıza müraciət edərək yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Ailə üzvlərinin sözlərinə görə, Səadət Həsənova ilə Kamran Seyidov arasında hər hansı sevgi münasibəti və ya qeyri-rəsmi nikah olmayıb. Onlar qətlin də qısqanclıq zəminində baş vermədiyini, hadisənin pul məsələsi ilə bağlı olduğunu iddia edirlər.

Qətlə yetirilən qadının qardaşı Rasim Babayev bildirib ki, Səadət Həsənova Bakıda fəaliyyət göstərən restoranlardan birində aşpaz işləyib. Kamran Seyidov da həmin restoranda çalışıb və hadisə qadının işdən çıxaraq evə getdiyi zaman baş verib.

R.Babayev deyib ki, Kamran Seyidov işdən sonra Səadət Həsənovanı izləyib və qadın evinə yaxınlaşarkən ona hücum edib:

“Bacımın işdən çıxıb evinə çatması uzağı 15 dəqiqə çəkir. İşdən çıxıb evə gedirmiş. Kamran Seyidov da onun arxasınca düşüb. Bacım yolu keçəndə Kamran arxadan onun boynundan tutub və ürək nahiyəsinə bıçaq zərbələri endirib. Hadisə kameralara da düşüb. Səbəb bacımın boynundakı 70 qramlıq boyunbağı olub. Amma bacımın adı çox ağır formada ləkələnib. Burada hər hansı münasibətdən, qısqanclıqdan söhbət gedə bilməz. Onun övladları və doğmaları da bu məlumatlardan şok vəziyyətindədir”.

Səadət Həsənovanın qardaşı oğlu İlkin Babayev də hadisənin şəxsi münasibətlərlə deyil, pul məsələsi ilə bağlı olduğunu bildirib:

“Bibim ailəsi ilə birgə uzun illərdir Bakıda yaşayır. Kamran Seyidov onun işçisi olub. Aralarında pul mübahisəsi düşüb. Hadisə də bundan sonra baş verib. Evinə təxminən 10 metr məsafə qalmış bibimi qətlə yetirib”.
 

Qeyd edək ki, sentyabrın 23-də saat 15 radələrində Əvəcuğ-Xürəl kəndinin meşəlik ərazisində qadın meyiti aşkarlanıb. Aparılan araşdırmalar zamanı meyitin Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Səadət Ferma qızı Həsənovaya məxsus olduğu müəyyən edilib. Onun bədənində bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarətlər aşkarlanıb.


İstintaqla hadisənin sentyabrın 21-də Bakı şəhərinin Xətai rayonunda baş verdiyi müəyyənləşdirilib. Əvvəllər məhkum olunmuş, 1999-cu il təvəllüdlü Kamran Xəzər oğlu Seyidov saxlanılıb.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Məlumat üçün bildirək ki, qadını qətlə yetirməkdə şübhəli bilinən Kamran Seyidov 2024-cü ilin dekabrında baş verən təyyarə qəzasında həyatını itirən qusarlı bacı-qardaş -19 yaşlı Xədicə və 22 yaşlı Əli Əlimirzəyevin ögey qardaşıdır. Kamran Seyidov təyyarə qəzasında həlak olan yaxınlarına görə özünü birinci dərəcəli varis hesab edərək kompensasiyanın ona verilməsini tələb edirdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

End of content

No more pages to load

RADİO