Sumqayıt şəhərində iki nəfər arasında mübahisə qanla nəticələnib.
Bizim.Media “teleqraf.az”a istiandla xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda baş verib.
Hadisə zamanı 1952-ci il təvəllüdlü Abdullayev Əli Alpənah oğlunun aralarında yaranmış münaqişə zəminində 1958-ci il təvəllüdlü İmanov Tofiq İskəndər oğluna kəsici alətlə xəsarət yetirdiyi bildirilir.
Yaralı şəxs xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Abdullayev müəyyən olunaraq saxlanılıb. Araşdırmalar aparılır.
Bizim.Media