Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən Kəlbəcər rayon sakini, 1971-ci il təvəllüdlü Ədalət İsmayılovu hərəktdə olan avtomobil vurub. Yaralı xəstəxanalardan birinə gətirilib. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir. Qəza yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu