Bakıda törədilən amansız qətlin üstü Qusar meşəliyində açılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, paytaxtın Xətai rayonunda 27 yaşlı Kamran Seyidov tanışı 50 yaşlı Səadət Həsənovanı bıçaqlayaraq amansızlıqla qətlə yetirib. Cinayətin izini itirməyə çalışan təqsirləndirilən şəxs qadının meyitini öz avtomobilinə qoyaraq doğulduğu Qusar rayonunun Əvəcuq kəndinə aparıb və meşəlik ərazidə gizlədib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu