"Avtovağzal" və "Xocəsən" metro stansiyalarına girişin ödənişsiz olması ilə sərnişinlərin bu istiqamətlərə marağının artması gözlənilir.
Lakin "Xocəsən" metro stansiyası girişinə sərnişin daşıyan bəzi marşrutlarda hələ də kiçiktutumlu avtobuslardan istifadə olunur. Eyni zamanda, bu avtobusların hərəkət intervalı 15-20 dəqiqə təşkil edir. Bu isə sərnişin tələbatının artacağı halda həmin marşrutların mövcud tutumunun kifayət edib-etməyəcəyi sualını yaradır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-ya bildirilib ki, sözügedən marşrut xəttində yol şəraitinə və sərnişin tələbatına uyğun olaraq kiçiktutumlu avtobuslar fəaliyyət göstərir.
Qurumun məlumatına görə, marşrut xətti üzrə avtobusların sayı da sərnişin tələbatına uyğundur. Zərurət yaranacağı təqdirdə avtobusların sayının artırılacağı qeyd olunub.
Xədicə Paşayeva, Bizim.Media