2027-ci ildə pensiyalar nə qədər artacaq?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir.

Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, pensiyaların artırılması əsasən pensiya məbləğlərinin indeksləşdirilməsini nəzərdə tutur.

"Əmək pensiyaları haqqında" Qanuna görə, hər ilin əvvəlində bütün növ əmək pensiyaları əvvəlki il üzrə ortaaylıq əməkhaqqının illik artımına uyğun indeksləşdirilir. Proses hər ilin 1 yanvar tarixinə ondan əvvəlki il üzrə muzdla çalışanların Dövlət Statistika Komitəsinin açıqladığı ortaaylıq əməkhaqqının illik nominal artımına uyğun olaraq həyata keçirilir. Yəni əvvəlki ildə ölkədə ortaaylıq əməkhaqqı nə qədər artıbsa, pensiyalar da o qədər artırılır. İndeksləşdirmə ölkə başçısının bu barədə müvafiq sərəncamına əsasən reallaşdırılır.
 

Artımın nə qədər olacağına gəldikdə isə 2026-ci il yekunlaşmadığından il üzrə ortaaylıq əməkhaqqının artım göstəricisi məlum deyil. Bununla belə, bir qayda olaraq əməkhaqqı artımları ilin birinci yarısında həyata keçirildiyindən illik göstərici də əsasən bu dövrdə formalaşır.



Məsələn, 2025-cı ilin yanvar-iyul aylarında əməkhaqlarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artım qeydə alınıb. 12 aylıq artım göstəricisi isə bundan ciddi fərqlənməyərək 9,3 faiz təşkil edib. Eyni vəziyyət əvvəlki illərdə də müşahidə olunub.

2026-cı ilin yanvar-iyul aylarında isə ölkə üzrə əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artıb. Lakin maraqlıdır ki, 7 ay üzrə artım tempi illik artım proqnozunu üstələyib. Belə ki, 2026-cı ildə orta aylıq əməkhaqqı məbləğinin təxminən 6 faiz artacağı proqnozlaşdırılıb.

 

2026-cı ildə əməkhaqqı artımı əsasən ilin birinci rübündə formalaşıb. Belə ki, yanvar ayında orta aylıq əməkhaqqının artımı 3,8 faiz olsa da, yanvar-mart ayları üzrə bu göstərici 6,2 faizə yüksəlib. Sonrakı 4 ayda isə cəmi 1 faiz bəndi artıb.

 

Qeyd edilənlər 2026-ci ildə ortaaylıq əməkhaqqının təxminən 8 faiz artacağına işarə edir.

Bu da əmək pensiyalarının 2027-ci ildə bu həddə artacağını deməyə əsas verir. Belə olan halda 2027-ci ildə hazırda 400 manat pensiya alan şəxsin pensiya məbləği 32 manat artaraq 432 manata, 500 manat pensiya alanın isə 40 manat artaraq 540 manata yüksəlmiş olacaq. Xüsusi şərtlərlə pensiya alan şəxslərin pensiya məbləğlərində də eyni qaydada artım tətbiq ediləcək.

Pensiyaların qeyd edilən indeksləşdirilmə göstəricisi reallaşacağı halda 2026-cı il üzrə proqnozlaşdırılan 5,7 faizlik orta inflyasiyanı üstələmiş olacaq. Bu da əmək pensiyalarının alıcılıq qabiliyyətinin növbəti ildə də qorunub saxlanılacağı deməkdir.

Qeyd etmək yerinə düşər ki, pensiyaların məbləğlərinə, həmçinin minimum pensiya məbləğinin artırılması da təsir edir.

Belə ki, minimum pensiya məbləğinin artırılması bu həddə pensiya alanların pensiyasının artmasına imkan verir. Pensiyaların minimum məbləği sonuncu dəfə 2025-cü ilin fevralın 1-də 40 manat artırılaraq 320 manata çatdırılıb. Bu göstərici "Əmək pensiyaları haqqında" Qanuna dəyişiliklik edilməklə artırılır.

Onu da qeyd edək ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda minimum pensiya məbləği minimum əməkhaqqı səviyyəsinin 75‒80 faizində saxlanılacağı bildirilib. Bu mənada hazırda minimum pensiya məbləği minimum əməkhaqqının (400 manat ) 80 faizinə bərabərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

End of content

No more pages to load

RADİO