Dində haram, tibbdə “olmaz”, nəqliyyatda STOP xəbərdarlığı – Qırmızı rəng niyə təhlükəlidir?

İslam dinində istər qadın, istərsə də kişilərə tünd, cəlb etməyən rənglərə üstünlük verilməsi tövsiyə olunur. Bəzi qatı inanclılar isə tövsiyədən çox bunu hökm kimi qəbul edir və qırmızının ümumiyyətlə haram olduğunu iddia edirlər. Qırmızı rənglə bağlı müzakirələr bu dəfə geyimdən qidaya keçib. Belə deyilir ki, qırmızı qidalar, xüsusən də pomidor və çiyələk haramdır.

Bu cür fikirlər haradan qaynaqlanır, bunun dini, tibbi əsası varmı?

İlahiyyatçılar ilk növbədə bir məqamı vurğulayırlar: İslamda qırmızı rəngin  ümumi şəkildə haram elan edilməsi barədə yekdil hökm yoxdur. Qırmızı geyimlə bağlı üləmalar arasında müxtəlif yanaşmalar mövcuddur. Bəziləri qırmızı geyimi haram hesab edir, digər alimlər isə bunu caiz sayır. Qırmızı ilə bağlı mübahisəli fikri qidaya da tətbiq etmək üçün ayrıca dini dəlil lazımdır. Bununla bağlı isə heç bir səhih fiqhə rast gəlinmir.

Qırmızı rənglə bağlı xəbərdarlıq

Digər tərəfdən, bəzi qırmızı qidaların ayrı-ayrı insanlarda allergik reaksiyalar yaratmasının mümkünlüyünü nəzərə alsaq, istər-istəməz bu iddia özünü diqqətçəkən edir. Məlumdur ki, dində insan orqanizminə zərərli olan qida və içkilər haram buyrulur və bunun izahı da konkret olaraq verilmir, savadlı dini təfsirçilər bunu əsaslı şəkildə əlaqələndirə bilirlər.

 

Məsələn, yüz illərlə “içki haramdır, şərab içənlər cəhənnəmlikdir” yasağına qeyd-şərtsiz əməl edənlər də oldu, qarşı çıxanlar da. Ta ki XIX-XX əsrdə elm öz təşəkkülünü tapdıqda alkoqolun insan orqanizminə verdiyi ziyan müfəssəl öyrənildikdən sonra spirtin niyə yasaqlandığı anlaşıldı.


Eyni misalı donuz ətinə, uyuşdurucu tərkibli bitkilərə və s. aid etmək olar. Buradan belə nəticəyə gəlmək olar ki, qırmızı rəngli qidaların histamin qıcıqlandırıcı olduğunu nəzərə alsaq, o zaman bu “haram”ı hökm kimi yox, tövsiyə kimi qəbul etmək olar.

İstənilən insan istər uşaq, istərsə də yetkin yaşında ömründə bir dəfə də olsa allergiya keçirib və allerqoloqunun bu tövsiyəsini də qulağına sırğa edib: “Qırmızı rəngli qida və içkilərdən, xüsusilə pomidor və çiyələkdən uzaq dur”. O zaman yuxarıdakı iddianın tam olaraq əsassız olduğunu söyləyə bilmərik. Sadəcə dini hökmlər günümüzdə bəzən təxribat xarakterli olduğu üçün, qulağa xoş gəlmir, eyni zamanda haqlı olaraq ehtiyatla yanaşılır.
 

Ümumilikdə götürəndə bütün səmavi dinlərdə qırmızı rəng iblis rəngi hesab olunur. Cazibəsi ilə çağırış edən bu üsyankar rəng müharibənin qan rəmzi, üsyanlarn al bayrağının rəngi olduğu üçün istər dini, istərsə də siyasi mühafizəkarların qəbul etməməsinin səbəbi aydın olur.


Maraqlıdır ki, müasir məişət, nəqliyyat və digər sahələrdə də qırmızı rəng təhlükə xəbərdarlığı kimi qəbul edilib. Cihazın, avtomobilin xarab olma xəbərdarlığı, yol nişanları, svetofor qadağası qırmızı ilə göstərilir.

Qırmızı rəng insanları niyə bu qədər qorxuda bilib?

Ümumiyyətlə süni qırmızı boyanın tərkibində qurğuşun və ya civə əsaslı  zəhərli piqmentlər olur. Boyaçılıq sahəsində də ən təhlükəli rənglərdən hesab olunur. Saç boyalarında da qırmızı rəngin çox istifadəsi həm piqment pozuqluğuna, həm də allergiyaya səbəb olur. Qırmızı rəng tez gözə çarpır, yeri gəlmişkən, bu rəngə uzun zaman baxdıqda göz də qızarır. Ümumiyyətlə qırmızı rəng qan, od və təhlükə kimi anlayışlarla bəşəriyyətin tarixində güclü assosiasiya yaradıb. Bir sözlə, qırmızı rəng həyatımızın çox hissəsində “olmaz” xəbərdarlığıdır!

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

End of content

No more pages to load

RADİO