Qaynını amansızlıqla öldürən şəxsdən XƏBƏR VAR

Bakıda qaynını azyaşlı oğlunun gözü qarşısında xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Həsən Həsrətovun barəsindəki qərardan kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Bizim.Media xəbər verir ki, Ali Məhkəmədə keçirilcək proses sentyabrın 24-nə təyin edilib.

Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

İttihama görə, hadisə 2023-cü ilin axşam saatlarında Bakı şəhərinin Nizami rayonu ərazisində baş verib.

İş materiallarına əsasən, təqsirləndirilən şəxs qayınatasına məxsus mənzildə qaynı, zərərçəkmiş Rasim Zamanovun oğlu ilə yaşadığı evdə ailədaxili münaqişə zəminində əvvəlcə yeniyetməylə mübahisə edib.

İttihama görə, yeniyetmənin onun atasının ünvanına təhqiramiz ifadələr işlətməsini bəhanə edən Həsən Həsrətov onu sillə ilə vurub.
 

Hadisədən sonra yeniyetmə atası, Rasim Zamanova zəng edərək baş verənləri danışıb. Ata övladına qarşı zorakılığın səbəbini öyrənmək məqsədilə gecə saatlarında onların yaşadığı binaya gəlib.


İstintaq materiallarında göstərilir ki, təqsirləndirilən şəxs zərərçəkmişlə söhbət etmək bəhanəsi ilə mənzildən çıxarkən əvvəlcədən bıçağı gödəkçəsinin cibinə qoyaraq özü ilə götürüb. Binanın həyətində yerləşən uşaq bağçasının qarşısında tərəflər üz-üzə gəliblər. Həsən əvvəlcə yeniyetməni atası Rasimin yanında yenidən sillə ilə vurub. Bundan sonra ata oğlunu müdafiə etmək üçün müdaxilə edib, təqsirləndirilən şəxsin yaxasından tutaraq onu yerə yıxıb və bir neçə təpik zərbəsi endirib.

Bundan hiddətlənən Həsən cibindən gətirdiyi bıçağı çıxararaq qisas almaq niyyəti ilə zərərçəkmişə çoxsaylı zərbələr endirib.

Cinayət işində qeyd olunur ki, o, Rasimi onun azyaşlı oğlunun gözü qarşısında, uşağa xüsusi psixoloji iztirab verdiyini dərk edərək xüsusi amansızlıqla öldürüb. Zərbələr əsasən döş qəfəsinə və bədənin müxtəlif nahiyələrinə endirilib.
 

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmiş döş qəfəsinə nüfuz edən, sağ ağciyəri zədələyən həyati təhlükəli bıçaq yarası, həmçinin bədəninin müxtəlif nahiyələrində çoxsaylı deşilmiş-kəsilmiş və digər xəsarətlər alıb.


Ağır yaralanan şəxs qonşuların köməyi ilə xəstəxanaya çatdırılsa da, sağ ağciyərin zədələnməsi nəticəsində baş vermiş kəskin daxili və xarici qanaxmadan həyatını itirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunub.

Hökmdən müdafiə tərəfi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti qismən təmin edərək Həsən Həsrətova təyin olunmuş cəzanı 18 ildən 16 ilədək azaldıb. Hökmün digər hissələri isə dəyişdirilmədən saxlanılıb. Apellyasiya qərarı ilə razılaşmayan dövlət ittihamçısı kassasiya protesti təqdim edib. Ali Məhkəmə kassasiya protestini təmin etməyib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

End of content

No more pages to load

RADİO