Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1" yarışması səbəbilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək.
Bizim.Media xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək.
Bu iş rejimi "Formula 1" trasının həmin ərazidən keçməsi ilə əlaqədardır.
Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq. (Report.az)
Bizim.Media