Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişli mühit yarada bilər.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı terapevt Sübhan Hacıyev “Milli.Az”a açıqlama verib.

O bildirib ki, soyuq payız aylarında respirator virus infeksiyalarına yoluxanların sayının artması təbii epidemioloji prosesdir:

"Çünki havaların soyuması bir çox insanları qapalı mühitlərə və məkanlara üz tutmağa sövq edir. Bu da nəticədə hava-damcı yolu ilə keçən bir çox tənəffüs yolu virus infeksiyalarının, respirator sinsitial virus, influenza (qrip), COVID-19 və digər virus infeksiyalarının artması və yayılması riskini artırır".

S.Hacıyevin sözlərinə görə, bununla bağlı Dünya Səhiyyə Təşkilatı da, bir çox tibbi təşkilatlar da hər zaman xəbərdarlıq edir və qapalı məkanlarda, xüsusilə də ictimai nəqliyyatda insanların sıx olduğu və bir-birinə yaxın təmas etdiyi yerlərdə daha çox qorunmaq lazım olduğunu vurğulayırlar:

"Bunlardan biri də təbii ki, avtobus və digər ictimai nəqliyyat vasitələridir. Burada mən deməzdim ki, sırf həmin yerlərdə olan insanlar xəstəlik daşıyırlar. Sadəcə olaraq, bu məkanlarda yoluxma riski artmış olur".

Terapevt nəzərə çatdırıb ki, bu vəziyyətlərdə özünü nasaz və xəstə hiss edən insanlar həmin nəqliyyat vasitələrindən istifadə etməməlidirlər. Ümumiyyətlə, məcbur deyillərsə, çölə çıxmamaları yaxşı olar. Çünki havalandırılmayan məkanlarda öskürək, asqırıq, hətta bəzən dərin nəfəs və tənəffüs yolu ilə virus hissəcikləri hava-damcı yolu ilə digər insanlara ötürülə bilər. Bildirib ki, virusun cəmiyyətdə yayılma səviyyəsi yüksək olduqda, ictimai nəqliyyatdakı sıxlıq bu zənciri daha da sürətləndirə bilər. Nəticə etibarilə çox sayda insan virusa yoluxa bilər.

Bu da həm xəstəxanaları, həm əczaçılıq sahəsini, həm də bütün tibb sektorunu bir növ yükləyə bilər:

"Bütün bunları nəzərə alaraq, həkim-terapevt olaraq insanlara evdə edə biləcəkləri profilaktik tədbirlərlə bağlı tövsiyələr vermək istərdim. Birinci növbədə, əgər özlərini nasaz hiss edirlərsə, hər hansı xəstəlik əlamətlərini, hətta yüngül formada belə hiss edirlərsə, yaxşı olar ki, yataq rejimində olsunlar, çölə çıxmasınlar. Xüsusilə də ictimai nəqliyyatdan istifadə etməsinlər. Çünki özləri xəstəliyi yüngül keçirə bilsələr belə, ötürdükləri virus hissəcikləri daha ağır, yaşlı, xroniki xəstəlikləri olan, hamilə və immun sistemi zəif olan insanlarda xəstəliyin ağır gedişinə səbəb ola bilər".

Eyni zamanda, tövsiyə edib ki, bir çox ictimai nəqliyyatda havalandırma sistemi yüksək səviyyədə qurulsun və bu sistemlərin, xüsusilə də filtrlərin təmizlənməsinə diqqət yetirilsin.

Bu da riski ciddi şəkildə azaltmış olur:

"Təbii ki, sübuta əsaslanan tibbin göstəricilərinə görə, bir çox virus infeksiyalarından qorunma yollarından biri vaksinasiyadır. Ölkəmizdə də qripə qarşı vaksinasiya həyata keçirilir. Vaksinasiya olunmuş pasiyentlər ən azı 6 ay, maksimum 1 il bu xəstəlikdən qorunmuş ola bilərlər. Buna görə də vaksinasiyanı ciddi şəkildə nəzərə almaq lazımdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

End of content

No more pages to load

RADİO