Qarabağda 68 abidə tamamilə məhv edilib - RƏSMİ

İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurda yerləşən 68 tarix və mədəniyyət abidəsi tamamilə dağıdılıb, 114 abidə isə genişmiqyaslı dağıntıya məruz qalıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, 434 abidəyə dəymiş maddi zərərin məbləği hesablanıb.

Bizim.Media xəbər verir ki, hesablamalara əsasən, həmin abidələrə ümumilikdə 700 milyon 154 min manat zərər vurulub.

Dövlət Xidmətinin məlumatına görə, 30 ilə yaxın davam etmiş işğal dövründə Azərbaycanın mədəni irsinə ağır zərbə vurulub. Abidələrin bir hissəsi tamamilə dağıdılıb, digərləri vandalizmə məruz qalıb və müxtəlif səviyyədə zədələnib.

İnventarlaşdırma zamanı islam dini abidələrinin dağıdıldığı, təhqir edildiyi və bəzi hallarda tövlə kimi istifadə olunduğu müəyyənləşdirilib.

İşğaldan azad edilmiş ərazilərdə dövlət qeydiyyatında olan 9 türbə, 3 qəbiristanlıq və 7 məscid tamamilə dağıdılıb. Bundan başqa, 25 məscid, 14 türbə və 2 sərdabə müxtəlif həcmdə dağıntıya məruz qalıb.

Vandalizm xristian dini abidələrindən də yan keçməyib. Xocavənd rayonundakı iki məbədin işğalçı qüvvələr tərəfindən döyüş mövqeyi kimi istifadə edildiyi, bəzi abidələrin divarlarına kiril və erməni əlifbaları ilə müxtəlif yazıların həkk olunduğu müəyyən edilib.

Azad edilmiş ərazilərdə bir xristian məbədi tamamilə dağıdılıb, 20 məbəd isə müxtəlif səviyyədə zədələnib.

Xüsusilə Xudavəng monastırında işğal illərində qanunsuz müdaxilələrin və saxta bərpa işlərinin aparıldığı, freskaların və xaçdaşların sökülərək ölkədən çıxarıldığı bildirilib. Dövlət Xidmətinin məlumatına görə, bu faktlar yerli və beynəlxalq ekspertlər tərəfindən də təsdiqlənib.

Qurumdan həmçinin bildirilib ki, ölkə ərazisində yerləşən tarix-memarlıq abidələrinin faktiki və texniki vəziyyətinin qiymətləndirilməsi məqsədilə genişmiqyaslı monitorinqlər aparılıb.

Monitorinqlərin nəticələrinə əsasən, abidələrin bir hissəsində bərpa, konservasiya və möhkəmləndirmə işlərinə ehtiyac olduğu müəyyənləşdirilib. Bu işlərin abidələrin texniki vəziyyəti, tarixi əhəmiyyəti, risk səviyyəsi, müəyyən edilən prioritetlər və ayrılan maliyyə vəsaiti nəzərə alınmaqla mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

End of content

No more pages to load

RADİO