Bakının tıxac problemi nə vaxt HƏLLİNİ TAPACAQ?

Metro xətlərinin ayrılması ilə əlaqədar “28 May” metrostansiyasında aparılan təmir işləri yerüstü nəqliyyatın yükünü artırıb. Dərslərin başlaması isə sərnişin sıxlığını yüksəldib. Bütün bunların fonunda Azərbaycanda ictimai nəqliyyatla bağlı şikayətlər çoxalıb. Hər gün yüzlərlə insan dərsə, işə, evə vaxtında çata bilməməsindən şikayətlənir. 8 saatlıq iş rejimində çalışan şəxslər ümumilikdə həmin işə 11-12 saat vaxt sərf edirlər. Onlar yerdə qalan 3-4 saatı avtobus gözləyərək dayanacaqlarda, basabas avtobusla ayaqüstə tıxaclı yollarda keçirirlər.

Hər gün bir küçədə aparılan təmir işləri də avtobusların hərəkət istiqamətini dəyişdirir, tıxacların artmasına səbəb olur. Bu da sərnişinlərə əlavə problem yaradır. Bir sözlə, indi Bakının bir başından digər başına, yaxud kənar qəsəbələrdən mərkəzə ictimai nəqliyyatla gedə bilmək vətəndaşdan hünər tələb edir.

Paytaxtda artıq istirahət günü, günün pik saatı anlayışı qalmayıb. Nə vaxt evdən çıxsan, yüzlərlə insanı səkilərdə avtobusa minmək ümidi ilə ora-bura qaçan görə bilərsən.

Metro və dəmiryol qatarları fəaliyyət göstərsə də bu, bütün şəhəri əhatə etmir. Bu xidmətdən sərnişinlərin müəyyən hissəsi yararlana bilir. Bir neçə stansiyadan keçən dəmiyol qatarlarında belə boş yer tapmaq mümkün olmur.

Bəs çıxış yolu nədir?

Mövzu barədə Bizim.Media-ya deputat Arzuxan Əlizadə danışıb.

O qeyd edib ki, Bakıda ictimai nəqliyyatla bağlı narazılıqlar artıq gündəlik həyatımızın ən ciddi problemlərindən birinə çevrilib:

“Xüsusilə avtobuslarda sıxlıq, sərnişinlərin rahat və təhlükəsiz daşınması ilə bağlı problemlər, eyni zamanda şəhərin əsas yollarında yaranan tıxaclar insanların hər gün saatlarla vaxt itirməsinə səbəb olur. Metroda sərnişinlərin gələcəkdə daha rahat hərəkətini təmin etmək məqsədilə aparılan təmir işlərini nəzərə alsaq, müəyyən çətinliklərin müvəqqəti olduğunu demək mümkündür”.

Milli Məclsin üzvü hesab edir ki, metro ilə yanaşı, yerüstü ictimai nəqliyyatın da daha səmərəli təşkilinə ciddi ehtiyac var:

“Bu baxımdan, ilk növbədə avtobus parkının yenilənməsi və marşrutların sərnişin tələbatına uyğun optimallaşdırılması vacibdir. Pik saatlarda sərnişin axınının daha düzgün hesablanması, avtobusların intervalının azaldılması və xüsusilə insanların metro stansiyalarına, dəmiryol dayanacaqlarına rahat çıxışını təmin edən inteqrasiya olunmuş marşrutların artırılması lazımdır.

Şəhərətrafı qatarların imkanlarından da daha geniş istifadə olunmalıdır. Məsələn, Biləcəri və digər istiqamətlərdə dəmir yolu nəqliyyatı mühüm alternativdir, amma sərnişinin qatara rahat minib-düşməsi, dayanacaqlarda təhlükəsiz və əlçatan infrastrukturun olması da təmin edilməlidir”.

Deputat vurğulayıb ki, əsas məqsəd vətəndaşın mənzilindən işinə və ya təhsil müəssisəsinə mümkün qədər az vaxt və əziyyətlə çatmasını təmin edən rahat, təhlükəsiz və çevik nəqliyyat sistemi qurmaq olmalıdır:

“Ümumilikdə, Bakıda nəqliyyat probleminin həlli yalnız yeni yolların salınması və ya avtobusların sayının artırılması ilə məhdudlaşmamalıdır. Metro, avtobus, dəmir yolu və digər nəqliyyat vasitələri vahid sistem kimi fəaliyyət göstərməlidir. Bunun üçün sərnişin axınının rəqəmsal monitorinqi, real vaxt rejimində nəqliyyatın idarə olunması, parklanma siyasətinin təkmilləşdirilməsi və ictimai nəqliyyatın şəxsi avtomobildən daha əlverişli alternativə çevrilməsi istiqamətində kompleks addımlar atılmalıdır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

End of content

No more pages to load

RADİO